“Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
Icma.az, Apasport portalına istinadən məlumat verir.
Everest zirvəsinə qalxmış qadın alpinist Vəfa Musayeva haqqında çəkilmiş “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib.
Apasport.az xəbər verir ki, “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
Daha sonra sənədli film nümayiş olunub. Filmdə Vəfa Musayeva həyatından, alpinizm fəaliyyətindən, Everest zirvəsini fəth etməsindən bəhs edib.
Filmin nümayişindən sonra, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Alpinizm Federasiyası İdarə Heyətinin üzvü Çingiz Tağızadə, filmin ssenaristi və rejissoru Rüstəm Babazadə çıxış ediblər.
Sonda Vəfa Musayeva filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə, eləcə də əməyi olan şəxslərə və çəkiliş qrupuna təşəkkürünü bildirib.
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı start götürüb Formula 1-in Bakıda 10 ili: turizm və biznesə təsiri Türkiyə yelkənçiləri Bakıya gəlib Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək Paraüzgüçülərimiz Avropa çempionatının finalında
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Sentyabr 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















