Icma.az
close
up
RU
Tomas Qolts: Neft odisseyası sənədli filminin təqdimatı keçirilib

Tomas Qolts: Neft odisseyası sənədli filminin təqdimatı keçirilib

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 13-də Bakı Konqres Mərkəzində tanınmış amerikalı jurnalist və yazıçı Tomas Qoltsun həyat və yaradıcılığına, Azərbaycanın enerji siyasətinin təbliğində oynadığı rola həsr olunmuş "Tomas Qolts: Neft odisseyası" sənədli filminin premyerası keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, SOCAR rəhbərliyi, İqtisadiyyat Nazirliyinin və SOCAR-ın əməkdaşları, mərhum Tomas Qoltsun ailə üzvləri, ictimaiyyət nümayəndələri, o cümlədən rəmzi olaraq Bakı Ali Neft Məktəbinin 102 tələbəsi iştirak ediblər.

Tədbirin açılışında "Neft odisseyası" sənədli filmində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasından, Azərbaycanın neft sənayesinin ölkəmizin müasir tarixindəki rolundan bəhs olunduğu vurğulanıb. Filmdə, həmçinin nadir arxiv materialları, müsahibələr və Tomas Qoltsun şəxsi xatirələri yer alır.

Çıxışlarda Heydər Əliyevin müdrikliyi və strateji baxışı nəticəsində reallaşdırılan "Əsrin müqaviləsi"nin Azərbaycanın enerji sektorunu dünyaya tanıdaraq ölkəmizi qlobal enerji bazarlarında mühüm tərəfdaşa çevirdiyi qeyd olunub. Bugünkü uğurların təməlində ümummilli liderin siyasi iradəsinin və düşünülmüş enerji strategiyasının dayandığı bildirilib.

Tədbirdə Tomas Qoltsun jurnalistika fəaliyyətinin böyük hissəsini ölkəmizə həsr etməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi xidmətlər xüsusi vurğulanıb.

Filmin təqdimat mərasimində ADA Universitetinin rektoru, fəxri qonaq Hafiz Paşayev çıxış edərək mərhum Tomas Qoltsun Azərbaycanla bağlı fəaliyyətindən, enerji strategiyamızın təbliğinə verdiyi dəyərli töhfələrdən bəhs edib.

Mərhum jurnalistin qardaşı Vinsent Qolts Tomas Qoltsun Azərbaycana olan dərin sevgisindən danışıb və ailəsi adından bu filmə, eləcə də onun xatirəsinin yaşadılmasına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Tədbirdə Tomas Qolts Azərbaycanın böyük dostu kimi xatırlanıb və onun dəyərli irsi ehtiramla yad olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 İyun 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri