Icma.az
close
up
RU
“Naxçıvan Maarifi” sənədli bədii filminin təqdimatı keçirilib

“Naxçıvan Maarifi” sənədli bədii filminin təqdimatı keçirilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Heydər Əliyev Sarayında keçirilən təqdimat mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Azərbaycan tarixinə, elminə, ədəbiyyat və ictimai fikrinə çoxsaylı görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlərin mühüm, tarixi xidmətlərinin nəticəsidir ki, bu qədim diyarda elmi, ədəbi, mədəni fikrin inkişafı bir çox dövrlərdə nümunə rolunu oynamışdır. 

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov bildirib ki, regionda maarifçi hərəkatın öyrənilməsi, onun verdiyi bəhrənin üzə çıxarılması, burada xalq maarifinin və məktəbin vəziyyətinin, onun mütərəqqi əsasda inkişafına təsir göstərən amillərin üzə çıxarılması xüsusi əhəmiyyət kəsb edir. Bu isə ölkə pedaqoji fikir tarixinin zənginləşməsini təmin edir, qazanılmış müsbət təcrübədən, mütərəqqi ənənələrdən bu gün də istifadə olunmasına imkan verir.

Təqdimatda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov vurğulayıb ki, bəhs olunan dövrdə Naxçıvanda  maarifçi  hərəkat  yüksək  səviyyəyə  qalxmış,  elm  və təhsildə böyük uğurlar əldə edilmişdir. Naxçıvan maarifçiləri tək bir sinfin deyil, bütün millətin  adından,   cəmiyyət həyatını  yaxşılaşdırmağa səy göstərmişlər. 

Sonra Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti barədə qısa videoçarx nümayiş olunub.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və rəhbəri Aydın Talıbov çıxış edərək qeyd edib ki, “‘Naxçıvan maarifi’ filmi bizim üçün sadəcə bir mədəni layihə deyil – bu, Veysəloğlu Şirkətlər Qrupunun strateji baxışının, təhsilə və milli-mənəvi dəyərlərə sadiqliyinin ifadəsidir. Bu film gənc nəslin öz köklərinə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə vermək məqsədi daşıyır.

Sonra “Naxçıvan Maarifi” sənədli- bədii filmi nümayiş olunub.

Səbuhi HƏSƏNOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri