Icma.az
close
up
RU
Sığorta növbəsi “ağ qızıl”a çatdı

Sığorta növbəsi “ağ qızıl”a çatdı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortalanması prosesinə start verilib. Fermerlər dövlətin 50 faizlik sığorta haqqı dəstəyindən istifadə etməklə pambıq sahələrini sərfəli şərtlərlə sığorta edə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata əsasən, pambıq Azərbaycanın 20-yə yaxın rayonunda becərilən əsas texniki bitkilərdən sayılır. Hazırda ölkəmizdə 110 min hektara yaxın ərazidə pambıq becərilir. Pambıq sahələrinin böyük hissəsi Mil-Muğan, Salyan-Şirvan və Mərkəzi Aran iqtisadi zonalarının payına düşür. Əsas pambıqçılıq rayonları isə Sabirabad, Saatlı, Ağcabədi, Salyan və Bərdədir.

Pambıq əkinlərinə ən çox zərər vuran hallar dolu, sel-subasma və leysan hadisələridir. Dövlət dəstəkli aqrar sığorta mexanizmi bütün bu halların vurduğu zərəri qarşılayır. İndiyədək zərərlə üzləşmiş yüzlərlə fermerə aqrar sığorta mexanizmi vasitəsilə ödənişlər edilib. Mövcud aqrar sığorta mexanizmi qeyd olunan təbiət hadisələri ilə yanaşı, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair hallar nəticəsində dəyən zərərləri də qarşılayır.

Qeyd edək ki, pambıq sahəsini sığorta etdirmək isə fermerə cüzi məbləğə başa gəlir. Belə ki, ölkənin əksər rayonlarında 1000 manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat ətrafında dəyişir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə sığortalanmış pambıq sahələri ildən-ilə genişlənir.

Bu arada, Aqrar Sığorta Fondu Azərbaycanda pambıq istehsalı ilə məşğul olan fermerlərə müraciət edib. Fondun İ darə Heyətinin sədri Fuad Sadıqov artıq ölkədə pambıq əkininə başlanıldığını bildirərək deyib ki, fermerlərin gələn ayın ortalarına qədər əkinlərini sığortalamaq imkanları var. Onun sözlərinə görə, hazırda Azərbaycanda mövcud 110 min hektarlıq pambıq əkini sahələrinin 30 min hektarı sığortalıdır. Bu ilin ötən dövründə isə 15 min hektar pambıq sahəsinin sığortalandığını diqqətə çatdıran sədr fermerlərə dövlətin dəstək verdiyi bu mexanizmdən yararlanmağı tövsiyə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:392
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2025 02:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri