Icma.az
close
up
RU
Canni De Byazi: Azərbaycan milli komandasında qalmaq imkanım var idi, amma özüm istefa verdim MÜSAHİBƏ

Canni De Byazi: Azərbaycan milli komandasında qalmaq imkanım var idi, amma özüm istefa verdim MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Canni De Byazi Sportal.az saytına müsahibə verib. 2020-2023-cü illərdə yığma komandamızı çalışdırmış italiyalı mütəxəssis ölkəmizi tərk etdikdən sonra işsizdir. 69 yaşlı məşqçi həm milli komandamızın indiki durumundan bəhs edib.

- Azərbaycan milli komandası kənardan necə görünür? DÇ-2026-nın seçmə mərhələsinin son iki matçında Azərbaycanın Fransa və Ukraynaya qarşı oyununu izlədiniz?

Bəli, əlbəttə ki, hər iki görüşü də izlədim. Kağız üzərində həm Fransa, həm də Ukraynaya qarşı görüşlər ağır görünürdü. Amma məncə, Azərbaycan millisi hər iki matçı yaxşı səviyyədə keçirdi. Meydanda layiqli mübarizə apardılar.

- Ayxan Abbasov hazırda milli komandanın baş məşqçisidir və əksər insanlar bu təyinatı müsbət qarşılayır. Üç matçda da ortaya pozitiv iş ortaya qoya bilib. Bəs, sizin fikrinizcə, o, milliyə uğur qazandıra biləcək?

Mən Ayxan Abbasovu “Sumqayıt”dakı dövründən çox yaxşı tanıyıram. O, gəncdir və özünü təsdiqləmək üçün çox istəklidir. Bu da çox yaxşıdır. Lakin təcrübəsizliyinin ona nə qədər təsir edəcəyini bilmirəm. Amma istənilən halda, Azərbaycan millisinə uğurlar arzulayıram.

- Ümumiyyətlə, Azərbaycan millisinin əsas problemi sizcə nədədir? Həm də, Azərbaycan futbolunun...

Bu, aydınlaşdırmağı çətin olan məqamdır. Şübhəsiz ki, Azərbaycan Premyer Liqası azərbaycanlı oyunçularının inkişafına töhfə vermir. Mən Azərbaycana yeni gələndə demişdim ki, biz futbolçuların mentaliteti, daha sonra isə keyfiyyətləri üzərində işləməliyik! Deyə bilərəm ki, üç il ərzində bu yöndə inanılmaz nəticələr və diqqətəlayiq artım gördüm.

- Yəqin ki, bilirsiz, Fernandu Santuş millidəki dönəmində qələbə qazana bilmədi. DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiyaya 0:5 hesabı ilə uduzduqdan sonra isə AFFA onu istefaya göndərdi...

Portuqaliya kimi bir reallıqdan Azərbaycan millisinə keçmək əlbəttə ki, asan deyil. Fernandu Santuş təcrübəli məşqçidir. Yəqin ki, yeni vəziyyətə uyğunlaşa bilmədi.

- Bəs, siz Azərbaycan millisinin baş məşqçi postunda qala bilərdiniz? Ayrılığınıza səbəb nə oldu? 

Əlbəttə ki, Azərbaycan milli komandasının baş məşqçi postunda qalmaq imkanım var idi, amma özüm istefa verdim. 

- Sizcə, milli indi daha pis durumdadır?

Düşünürəm ki, indi Azərbaycan millisi üçün heç də ən pis vaxtlar deyil. amma düşünürəm ki, gənc oyunçularla gələcəyi qurmaq mümkündür.

- Azərbaycanlı futbolçulardan kimisə İtaliya klublarına təklif etmişdiniz? Hazırda azərbaycanlı futbolçulardan kiminlə danışırsız, münasibətiniz qalan var?

- A seriyası komandasında çalışan dostuma iki azərbaycanlı oyunçu haqqında danışmışdım. Amma kimlər olduğunu deməyəcəm. Azərbaycandan ayrıldıqdan bəri millidəki futbolçuların heç biri ilə əlaqə saxlamamışam ki, onları narahat etməyim. Məşqçi yoldaşlarıma da çox hörmətim var. Görüşənə qədər. Forza Azərbaycan!

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri