Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Sığorta sektorunda islahatlar və davamlı inkişaf

Sığorta sektorunda islahatlar və davamlı inkişaf

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Risklərlə əhatələnmiş həyatımızda gözlənilməz xərclərin təminatını gerçəkləşdirən ən səmərəli mexanizm məhz sığortadır. Elə buna görə də dünya sığorta bazarları dəyişən şərtlər fonunda, o cümlədən tələb–təklif məntiqinə əsaslanaraq davamlı inkişaf edir, yeni xidmətlərlə istehlakçı risklərini aradan qaldırır. Bəs, ölkəmizdə sığorta sahəsində hansı addımlar atılır? Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayevlə müsahibədə də bu barədə söhbət açılır. 

– Sığorta sektorunda böyümənin təmin olunması məqsədilə son illərdə həyata keçirilən islahatlar barədə nə deyə bilərsiniz?

– Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaxın günlərdə ­2024-cü ilin yanvar–sentyabr aylarını əhatə edən 3-cü rüb üzrə sığorta icmalı açıqlanıb. Əldə olunan nəticə böyümə tendensiyasının davamlılığı baxımından diqqət çəkir. Belə ki, hesabat dövrü ərzində yerli sığorta bazarı üzrə 1 milyard 23 milyon 707 min manat sığorta haqqı təmin olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çoxdur. Sevindirici haldır ki, müvafiq böyümə sığorta ödənişlərində də müşahidə olunur. Bu mənada cari ilin yanvar–sentyabr aylarında baş verən sığorta hadisələri üzrə 553 milyon 746 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 38,3 faiz çoxdur.

Yığımlardakı böyüməyə sektor üzrə təklif edilən əksər sığorta növlərinin kompleks şəkildə təsiri olub. Sektor böyüməsində fəal rol oynayan sığorta növləri sırasında həyatın yaşam sığortası (71,2 milyon manat böyümə), könüllü avtonəqliyyat sığortası – kasko (6,8 milyon manat böyümə), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (4,5 milyon manat böyümə), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (4,3 milyon manat böyümə ) və əmlakın yanğından və digər risklərdən sığortası (3,5 milyon manat böyümə) kimi sığorta növlərini misal göstərə bilərik.

Xüsusilə vurğulamaq istəyirəm ki, sektor üzrə qeydə alınan dinamik artım və sistemli böyümə ölkəmizdə sığorta sektoruna nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi məqsədyönlü tənzimləmə siyasətinin, habelə uğurlu sektor islahatlarının bariz göstəricisidir.

Mərkəzi Bankın nəzarətedici orqan olaraq mövcud şərtlər çərçivəsində irəli sürdüyü tələbləri, o cümlədən Azərbaycan Sığortaçılar Assosiasiyasının və digər sektor iştirakçılarının bilavasitə iştirakı ilə ötən dövr ərzində bu sektorda stimullaşdırıcı tədbirlər, məqsədyönlü islahatlar həyata keçirilib.

Bu sırada ilk olaraq biz son dövrlərin aktual mövzusu olan həyat sığortalarındakı yeniliyi misal göstərə bilərik. Belə ki, Azərbaycan Mərkəzi Bankının qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edildi. Müvafiq qaydalar istehlak krediti götürən şəxslərin həyatının sığortası məhsulunun təminat dairəsini genişləndirdi və məhsula olan əlçatanlıq şərtlərini sadələşdirdi. Əminəm ki, artıq istehlakçıların xidmətində olan bu yenilənmiş “Kredit həyat sığortası” məhsulu vətəndaşlarımızın həyat risklərini optimal şərtlərlə təminat altına almaqla yanaşı, ölkəmizdə ümidsiz kredit probleminin tədricən və mərhələli şəkildə aradan qaldırılmasına təkan verəcək.

Ötən 2 ilə nəzər saldıqda isə daşınmaz əmlakların sığortası ilə bağlı uzun müddətdir ki, mövcud olan problemin aradan qaldırılması məqsədilə həyata keçirilmiş islahatı qeyd edə bilərəm. Belə ki, artıq 2023-cü il iyunun 1-dən etibarən həm daşınmaz əmlakın icbari sığortası, həm də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə şəhadətnamələrin elektron formada buraxılmasına başlandı. Həmçinin qeyd olunan tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron informasiya inteqrasiyası prosesi yekunlaşdı və nəticədə daşınmaz əmlak sığortaları ilə bağlı nəzarət mexanizmi formalaşdırıldı.

Ötən dövr, eyni zamanda, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası ilə bağlı bir sıra islahatlarla da yadda qaldı. Belə ki, ölkəmizdə fəaliyyət göstərən və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün satışı ilə bağlı lisenziyaya malik bütün qeyri–həyat sığorta şirkətlərində adı çəkilən növ üzrə elektron satışlar tam təmin olundu. Həmçinin yenə avto–icbari sığorta növü üzrə Azərbaycanda, bəzi inkişaf etmiş ölkələrin sığorta bazarları üçün hələ də arzu olaraq qalan zərərlərin birbaşa tənzimlənməsi sisteminə keçid edildi ki, bu da müvafiq sığorta növü üzrə hadisələrin çevik tənzimlənməsinə, nəticə etibarilə sığorta istehlakçılarında müştəri məmnuniyyətinin təmin olunmasına təkan verdi. Avto–icbari növ üzrə həyata keçirilən tədbilərdən biri də bu növə dair baza sığorta haqqı saxlanılmaqla yeni risk əmsallarının tətbiqi oldu. Bu yenilik də öz-özlüyündə sığortada ədalətli yanaşmanın bərqərar olmasını reallaşdırdı.

Təbii ki, islahatlar bununla kifayətlənmir. Azərbaycan Mərkəzi Bankı tərəfindən tərtib edilən və sektorun dayanıqlı inkişafını hədəfləyən “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” sənədi yerli sığorta bazarı üçün strateji inkişaf xəritəsi kimi çox əhəmiyyətlidir. Müvafiq strategiyadan irəli gələn və növbəti dövr ərzində həyata keçirilməsi planlaşdırılan məqamların nəticəsi olaraq ölkəmizdə sığorta xidmətlərindən istifadə üzrə penetrasiyanın 3 dəfəyə qədər artması, sığorta yığımlarının ÜDM-dəki payının isə 5 faizə yüksəlməsi bizim başlıca hədəfimiz və məqsədimizdir.

– İstənilən sahədə maarifləndirmə başlıca istiqamətlərdəndir. Bəs sığorta sektoru maarifləndirmə ilə bağlı işlər görürmü?

– Maliyyə xidmətlərinin sürətlə inkişaf etdiyi, təkmilləşdiyi əsrimizdə maliyyə savadlılığının, ələlxüsus da sosial-iqtisadi müdafiə mexanizmi olan sığorta ilə bağlı maarifləndirmənin təşkili təkcə bu gün üçün yox, bütün dövrlər üçün aktual mövzudur. Bu istiqamətdə də sığorta sektoru sistemli tədbirlər həyata keçirir. Belə ki, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanıb. Artıq 4-cü ildir ki, sığorta sektoru əhalidə sığorta savadlılığının artırılması məqsədilə sistemli addımlar atılır.

Maarifləndirmə tədbirləri çərçivəsində media vatisələri ilə, habelə ictimai məkanlarda sığortaya təşviq və məlumatlandırma işləri görülür, müxtəlif sektor və seqment iştirakçıları üçün silsilə sığorta seminarları təşkil olunur. Ən əsası isə memorandum çərçivəsində 2 il ərzində ölkədə geniş “Sığorta festivalı” həyata keçirildi ki, bu da əhalinin sığortaya cəlb olunması baxımından ciddi rol oynayıb. Görülən bu tədbirlərin nəticəsi dövri sığorta icmallarında da böyümə dinamikası ilə öz əksini tapıb.

– Yerli sığorta sektorunun beynəlxalq əlaqələri bu gün hansı səviyyədə inkişaf etdirilir?

– Beynəlxalq əlaqələr dünya təcrübəsinin öyrənilməsi və qloballaşma baxımından ciddi əhəmiyyətə malikdir. Biz də sığorta sektoru olaraq həm dünya sığorta bazarları ilə qarşılıqlı əlaqələrimizi inkişaf etdirir, o cümlədən sektor üzrə həyata keçirdiyimiz islahatlarda dünya təcrübəsindən yararlanırıq.

Azərbaycan Sığortaçılar Assosiasiyası sektorun beynəlxalq əlaqələrinin formalaşdırılması istiqamətində əsaslı addımlar atır. Belə ki, bu yöndə artıq Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Macarıstan və s. kimi ölkələrlə qarşılıqlı əməkdaşlıq qurmuş, habelə dünya sığortaçılar təşkilatı olan “Global Federation of Insurance Associations” və Avropa sığortaçılar təşkilatı olan “Insurance Europe”ya üzvlüyümüzü təmin etmişik.

Sevinc və qürur hissi ilə bildirmək istəyirəm ki, Türkiyə ilə olan qarşılıqlı əməkdaşlığımız yalnız iki ölkəni yox, bürövlükdə, türk dünyasını əhatə edir. Belə ki, assosiasiyamız ilə Türkiyə Sığorta Birliyinin birgə təşəbbüsü çərçivəsində ­2022-ci ilin may ayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın sığorta birliklərinin iştirakı ilə dünyada ilk dəfə “Türk Dünyası Sığorta Birliyi” təsis olundu. Sevindirici haldır ki, qurduğumuz bu birlik qısa zamanda Türk Dövlətləri Təşkilatının diqqətini çəkdi və bu gün biz TDT-nin təşəbbüsü və müraciəti əsasında Türk Dünyası Sığorta Birliyinin TDT-nin himayəsinə daxil edilməsi istiqamətində iş aparırıq. Hesab edirik ki, bu Birlik türk dünyası ölkələrinin sığorta bazarları üçün yeni inkişaf imkanları yaradacaq və bu qlobal layihədə Azərbaycanı təmsil edən assosiasiyamız yeni yaradılan qurumda strateji hab rolunu oynayacaq.

Beynəlxalq layihələrdən söz düşmüşkən, ölkəmizdə uzun müddətdən sonra bərpa edərək həyata keçirdiyimiz 10-cu “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nu, o cümlədən yeni sığorta texnologiyalarına həsr olunmuş “InsurTech Zirvəsi”ni misal göstərə bilərəm. Çünki həyata keçirdiyimiz bu kimi beynəlxalq tədbirlər yerli bazar iştirakçılarımız üçün qlobal inkişafa açılan yeni bir pəncərə əhəmiyyəti daşıyır.

– Müsahibəmizin əvvəlində cari ilin 9 ayına olan sığorta icmalını təhlil etdiniz. Maraqlıdır, 2024-cü ilin sonuna olan proqnozlarınız nə yöndədir?

– Bu gün əminliklə deyə bilərəm ki, sığorta sektorumuz davamlı və dayanıqlı böyümə xətti üzrə sağlam addımlarla irəliləyir. Bu böyümə tendensiyasını növbəti dövrlərdə də müşahidə edəcəyimizə inanıram. Ölkə iqtisadiyyatının va maliyyə sisteminin əsas böyümə və hədəf indikatorlarını müəyyənləşdirən və ölkə başçısı tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədlərində sığorta sektoru üçün böyümə hədəfi 10 faiz həcmində müəyyənləşdirilmişdir. Bildirmək istəyirəm ki, sığorta sektoru olaraq artıq ikinci ildir ki, biz bu hədəf minimumunu üstələyirik. Belə ki, 2022-ci ildə bazar böyüməsi 15 faiz, 2023-cü ildə isə 26% faiz həcmində olub. 

Əminliklə bildirim ki, cari ilin yekun nəticələrində bu böyümə trendi bir tendensiya kimi davam edəcək. Proqnozlara gəldikdə isə, 2024-cü ilin yekununda sığorta yığımlarının 1 milyard 400 milyon manatı ötəcəyini ehtimal edirik. Bu da ötən ilin nəticələri ilə müqayisədə 10 faizdən çox böyümə deməkdir.

Müsahibəni apardı:
Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see330

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see270

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see246

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see243

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see212

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see209

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see194

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see183

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see173

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see161

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see161

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see159

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see158

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see140

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see128

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see127

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see126

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see126

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri