Icma.az
close
up
RU
Torpağı Vətən edən Həsən FOTO

Torpağı Vətən edən Həsən FOTO

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həsən Turan oğlu Dəmirovu şəhidlik zirvəsinə ucaldan Vətən, torpaq sevgisi olub. Və 26 yaşında şərəfli ölümü ilə əbədiyaşarlıq qazanıb. Müqəddəs amal uğrunda canını fəda etdiyinə görə Vətən öz qəhrəman oğlunu bir an belə unutmur, adı xalqın dilində iftixarla çəkilir. Onun bu qısa ömür yolu gələcək nəsillər üçün də örnək olacaqdır. Vətəninin müdafiəsi naminə qan töküb şəhidlik zirvəsinə ucalmaq ən böyük qürurdur. Məhz buna görə də şəhidlər daim qəlblərdə yaşayır, heç bir zaman ölmürlər.
Torpağı Vətən edən şəhid qanıdır. Həsən kimi mərd igidlərin müharibə meydanında göstərdiyi qəhrəmanlığın nəticəsidir ki, torpaq canlanır və Vətən yaşayır.
Vətən qarşısında xüsusi xidmətləri olan, 44 günlük haqq savaşımızda tarix yazan Həsən Dəmirov 1994-cü ildə Cəlilabad rayonu, Muğan kəndində dünyaya göz açıb. Orta məktəbini başa vuran Həsən yağı düşmənin Qarabağımızın ədalətsiz işğalını vicdanına sığışdıra bilməyib. Elə onu həvəslə ordu sıralarına aparan da düşməndən qisas almaq arzusu olub. Əsgərlik həyatına cəbhə bölgəsində başlayan Həsən layiqli bir övlad kimi Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirib. Bütün təlimlərdə fəal olub, cəsurluğu, çevikliyi əsgər yoldaşlarına həmişə nümunə göstərilib. Həsən xidmət zamanı əsir düşən müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda hər an birbaşa səngərə, erməni dığaları ilə savaşa can atıb. Söz düşəndə bildirib ki, Vətən müqəddəsdir, onun yolunda ölüm belə şərəfdir. Vətən torpaqların bir qarışı da düşmən ayaqları altında qalmasın gərək. Mübarizliklə döyüş meydanında düşmənə qalib gəlmək üçün indidən Azərbaycan əsgəri hər şeyə hazır olmalıdır.
Həsən əsgərlikdən sonra qanında, canında el məhəbbətini gəzdirməklə həyatını davam edib. Xeyirxahlığı, mənəvi yetkinliyi çoxunun əlindən tutub. Düz amallı, təmiz əməlli oğul olaraq cəmiyyətdə sevilib. Ürəyi hər zaman Vətənlə döyünən Həsən nə olursa-olsun öz yerini cəbhə bölgəsində görüb. Odur ki, orduya qayıdıb və "N" saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlayıb. Bir aydan sonra arzusuna qovuşub. Sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə odlu-alovlu səngərdə yerini alıb. İgid döyüşçü Suqovuşan - Talış istiqamətində düşmənin illərlə qurduğu istehkamları yararaq onun həm canlı qüvvəsinə, həm də texnikasına böyük tələfat verib. Yağıya qarşı əzmlə, rəşadətlə vuruşan Həsən yalnız qələbəyə doğru irəliləyib. Həmçinin qorxmazlığı, cəsarəti silahdaşlarını da haqq savaşımıza səsləyib. Düşmənin altı postunun alınmasında böyük hünər göstərib. Səhərə yaxın növbəti post uğrunda gedən ağır döyüşdə xain gülləsinə tuş gəlib. Ölümsüzlük tarixi yazmaqla, əbədi olaraq milyonların ürəyinə köç edib.
Vətən, torpaq uğrunda ən ali məqama-şəhidlik zirvəsinə ucalan Həsən Turan oğlu Dəmirov ölkə başçısı tərəfindən "İgidliyə görə", "Vətən uğrunda", Laçının, Suqovuşanın azadlığı uğrunda medalları ilə təltif edilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri