Icma.az
close
up
RU
Silahlar yandırıldı, PKK bitdimi Səhnənin arxasında nələr var?

Silahlar yandırıldı, PKK bitdimi Səhnənin arxasında nələr var?

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Gözlənilən oldu. PKK terrorçuları bu gün səhər saatlarında İraqın Süleymaniyə şəhərinə bağlı Surdaş rayonu ərazisində xüsusi mərasimlə silahlarını təhvil verib. Silahı təhvil verənlərin 15-i qadın, 15-i kişi terrorçu olub. Daha sonra təhvil verilən silahlar nümayişkaranə şəkildə böyük qazana atılaraq yandırılıb.

Əlbəttə, bu, simvolik hadisədir. Çünki araşdırmalara əsasən, hazırda PKK düşərgələrində 4 mindən çox silahlı var. Bu ilin yazında PKK-nın ləğvi məsələsi gündəmə gələndə mediada bu prosesin bəzi detalları açıqlanmışdı. Belə ki, silah təhvil vermə prosesi müəyyən müddətdə həyata keçiriləcək. Türkiyə vətəndaşları olan və konkret olaraq qətl və terror cinayətində iştirak etməyənlər silahı təhvil verib Türkiyəyə gələcək və burada müvafiq qurumlar tərəfindən qəbul olunacaq.

İkincisi qrup PKK üzvü olan əcnəbilərdir. Bunlar haqqında axtarış və ya həbs qərarı olmayanlar öz ölkələrinə göndəriləcək.

Üçüncü qrup isə haqqında axtarış qərarları olan şəxslərdir, hansılar ki, Türkiyəyə qayıtmaq istəməyəcək. Bu şəxslərin Cənubi Afrika Respublikası, Norveç kimi uzaq ölkələrə getməsi şərti var.

Prosesin Türkiyədəki hissəsi parlamentdə yaradılacaq müvafiq komissiyanın hazırlayacağı yol xəritəsi ilə müəyyən olunacaq. Lakin PKK-nın silahı yerə qoyması və bunun regiona təsiri ilə bağlı indi müxtəlif ssenarilər irəli sürülür.

Məsələ ondadır ki, PKK necə deyərlər, separatçı sol görüşlü kürd təşkilatı olaraq əslində çoxlu sayda qruplaşmaların ümumiləşdirilmiş adıdır. Çünki hazırda Öcalanı lider qəbul edən çoxlu sayda silahlı terror dəstələri mövcuddur. Məlum olduğu kimi, 1999-cu ildə həbs olunub Türkiyəyə gətirilən və mühakimə olunaraq ömürlük həbs cəzası alan Abdullah Öcalan həbsxanadan verdiyi təlimatlarla 2000-ci illərin əvvəllərində kürd separatçı qruplarının örtük təşkilatı olan KCK-nı (Kürdüstan Demokratik Cəmiyyətlər Birliyi) yaratdı. 2002-ci ildə isə yenə Öcalanın təlimatı ilə Suriyadakı PKK üzvləri PYD (Demokratik Birlik Partiyası) yaratdılar, sonrakı illərdə PYD-nin silahlı qanadı olan YPG və onun qadın taboru olan YPJ yaradıldı.

Hazırda PYD, YPG və YPJ Suriyada fəaliyyət göstərir və ölkənin şimal-şərqində geniş əraziyə nəzarət edir. Bu ilin martında ABŞ-ın təşəbbüsü və birbaşa vasitəçiliyi ilə kürdlər və Dəməşq hökuməti arasında barışıq razılaşması imzalansa da, aprelin sonunda Suriyada toplanan kürd milli konqresi Dəməşq hökumətindən kürdlər üçün muxtariyyət və kürd dilinə ikinci rəsmi dil statusu kimi siyasi tələblər irəli sürdü. Hazırda formal olaraq razılaşma qüvvədə olsa da, kürdlər hələ də Suriya ordusuna qatılmayıb.

PKK-nın ikinci “ayağı” İrandadır. PKK-nın İrandakı təşkilatı PJAK (Kürdüstan Azad Həyat Partiyası) kimi tanınır. PJAK hazırda İranın qərb rayonlarında, habelə İraqın şimal-qərbində düşərgələrdə fəaliyyət göstərir. PJAK-ın silahlı qanadı isə Şərqi Kürdüstan Müdafiə Qüvvələri (YRK) adlanır. PJAK və İran hökuməti arasında uzun müddətdir atəşkəs davam etsə də, bu atəşkəs hər an pozula bilər.

Əlbəttə, Türkiyədə terrora son qoyulması və siyasi barışıq prosesinin başlaması müsbət hadisədir, lakin bu, özlüyündə uzun və mürəkkəb prosesdir. PKK və onun var olma “ideyasının” sona çatması demək deyil. Hətta Türkiyədə siyasi anlaşma ilə PKK fəaliyyətini dayandırsa belə, Suriya və İranda davam edəcək. Üstəlik, hər kəsə aydındır ki, PKK-nın bu günə qədər var olmasının arxasında qlobal güclərin dəstəyi dayanır. Bu güclər isə artıq 100 ildən çoxdur ki, “kürd kartından” region ölkələrinə qarşı təzyiq vasitəsi olaraq istifadə edir. Yəqin ki, istifadə etməyə davam edəcək.

Bu arada ərəb mediası Suriyanın şimal-şərqində “Cəzirə” (Fərat və Dəclə çayları arasında yerləşdiyi üçün şərti olaraq Cəzirə, yəni ada adlanır – K.R.) rayonunda yerli ərəb qəbilələri ilə PYD-nin örtük təşkilatı “Suriya Demokratik Qüvvələri” arasında gərginlik haqda xəbərlər yayıb. Belə görünür ki, Suriyada “qazanın qapağını” açmaq istəyənlər var.

Bu mənada indi Türkiyə həm də həssas bir mərhələyə daxil olur. Başlanan bu prosesin pozulması üçün daxildən və xaricdən cəhdlər olunacaq. Üstəlik, Türkiyədə rəsmi olaraq sona çatan silahlı kürd separatizminin Suriya və İranda yenidən baş qaldırması ehtimalı yüksək olaraq qalır. Başqa sözlə, əslində bu gün silah yandırılması aktı uzun və həssas bir mərhələnin başlanğıcıdır.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyul 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri