Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Silahlar susmağa başlayır: PKK nın tərksilahı nələr vəd edir?

Silahlar susmağa başlayır: PKK nın tərksilahı nələr vəd edir?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin dağlarında illərlə davam edən atəş səsləri, qaranlıq gecələri yarıb keçən partlayışların əks-sədası, anaların göz yaşlarına bələnmiş həsrət dolu sükutları artıq tarixə qarışmaq üzrədir.

Bir xalqın yarım əsrə yaxın çəkdiyi dərdin, hər səhəri qorxu ilə açılan yurdların, vətən torpağında sönməyən ocaqların adı idi PKK. Amma hər qaranlığın bir dan yeri olduğu kimi, hər savaşın da bir sonu var. Bu günlərdə ümid dolu bir xəbər regionun sarsılmış sükunətinə yavaşca yayılır: PKK silahı yerə qoyur. Bu, sadəcə bir təşkilatın geri çəkilməsi deyil – bu, bir xalqın gələcəyini yenidən qurmaq, qanla yazılan səhifələri sülhlə bağlamaq istəyidir.

Artıq həm Türkiyədə, həm də bölgənin hər bucağında insanlar bir sualı səssizcə içindən keçirir: "Bəlkə də bu dəfə həqiqətən sona çatır?"

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi, professor Elşad Mirbəşiroğlu bildirib ki, 1978-ci ildən etibarən, Kürd Fəhlə Partiyasının yaradılmasıyla Türkiyə ciddi şəkildə terror problemi ilə üz-üzə qalıb. Qeyd edilməlidir ki, PKK yalnız daxili məsələ deyil. Bu təşkilata təkcə Türkiyə daxilindəki kürdlər deyil, həmçinin İraq və digər yaxın coğrafiyalardakı kürdlər də qoşulmuş, təşkilat Türkiyəyə qarşı mübarizə aparmışdır. Əslində PKK, xarici qüvvələrin Türkiyəyə təzyiq göstərmək üçün istifadə etdiyi bir alətə çevrilib:

"Ümumdünya təcrübəsi də göstərir ki, heç bir terror təşkilatı müstəqil şəkildə fəaliyyət göstərmir. Onlar xaricdən həm maliyyələşdirilir, həm də yönləndirilir. PKK da bu baxımdan istisna deyil. Son dövrlərdə xüsusilə Qərb dairələrinin, o cümlədən ABŞ-nin təsiri altında PKK, Türkiyənin xarici siyasətinə təsir göstərmək üçün bir geosiyasi vasitəyə çevrilib. Bununla yanaşı, təşkilat daxildə də kürdlər arasında Türkiyə əleyhinə əhval-ruhiyyə yaratmaq məqsədilə istifadə olunub".

Müsahibimiz xatırladıb ki, 1999-cu ildə PKK lideri Abdullah Öcalan həbs edilsə də, bu, təşkilatın fəaliyyətini dayandırmadı. Əksinə, PKK daha mütəşəkkil silahlı qruplaşma kimi mübarizəni davam etdirdi. Bu səbəbdən PKK-nın silahı yerə qoyması və tərkisilah prosesi Türkiyə tarixində mühüm hadisə hesab olunur. 1980-ci illərdən bəri minlərlə türk əsgəri və vətəndaşı PKK tərəfindən şəhid edilib. Bu bəlanın aradan qaldırılması həm Türkiyənin daxilində, həm də onun sərhəd bölgələrində təhlükəsizlik və sabitlik üçün böyük əhəmiyyət daşıyır:

"Bu istiqamətdə aparılan işlər uzun illərdir davam edir. Son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə də Türkiyəyə qonşu ölkələrdəki reallıqlar bu prosesi labüd edib. 2025-ci ilin fevral ayında Abdullah Öcalan PKK üzvlərinə müraciət edərək onları dinc siyasi mübarizəyə başlamağa və silahı yerə qoymağa çağırıb. Bu çağırışdan sonra PKK-nın tərkisilah prosesi gözlənilən bir hadisəyə çevrilib. Hazırda Suriyada PKK-nın manevr imkanları demək olar ki, tükənib. Yeni yaranan Suriya hökuməti də PKK və onun qolu olan YPG ilə əməkdaşlıq etməyəcəyini bəyan edib. Bu da PKK-nın regional dəstəyini xeyli zəiflədib. Beləliklə, həm xarici dairələr PKK-nı alət kimi saxlamağın perspektivsiz olduğunu anlayır, həm də Türkiyənin bölgədəki gücü artıq açıq şəkildə qəbul edilir".

Elşad Mirbəşiroğlu, siyasi şərhçi

Həmsöhbətimiz onu da əlavə edib ki, iyulun 10-da İraqın şimalında PKK silahlılarının tərkisilah prosesinə başlaması gözlənilir. Bu prosesin beş aya qədər davam etməsi proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, PKK-nın silahlı üzvləri İraq, Suriya və xüsusilə Qəndil dağlarında geniş ərazilərə səpələniblər. Bu səbəbdən prosesə ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır. Əks halda, bu, yalnız görüntü xarakterli ola və zaman udmaq məqsədi daşıya bilər. İlk mərhələdə müəyyən sayda silahlıların tərkisilahı baş tuta bilər, lakin digər qrupların gizli şəkildə saxlanılması riski də mövcuddur:

"Türkiyə hökuməti bu prosesə olduqca həssas yanaşır. Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın prosesin aktiv iştirakçısıdır və İraqın şimalına, o cümlədən Ərbil və Bağdada səfər edəcək, daha sonra parlamentə məsələ ilə bağlı məlumat təqdim edəcəkdir. Eyni zamanda prezident Rəcəb Tayyib Ərdoğan ilə DEM Partiyasının rəhbərliyi arasında baş tutan görüş də prosesə ciddi yanaşıldığını göstərir. Türkiyə hökuməti PKK problemini tarixə gömmək və terroru tamamilə aradan qaldırmaq istəyir. Bu, 50 ildən artıq davam edən bir problemin sonu demək ola bilər. Bu yeni mərhələ təkcə təhlükəsizlik sahəsində deyil, Türkiyənin geosiyasi mövqeyinə də müsbət təsir göstərəcəkdir".

E.Mirbəşiroğlunun sözlərinə görə, əgər Öcalan tərəfindən videomüraciət də yayımlanarsa, bu, prosesin sürətlənməsinə və daha möhkəm nəticələrə gətirib çıxara bilər. Artıq 1999-cu ildən, yəni 26 ildir ki, həbsdə olan Öcalan üçün bu çağırış bəlkə də şəxsi azadlığa çıxmaq üçün yeganə şans kimi görünə bilər. Əgər bu proses uğurla nəticələnərsə, Türkiyə hökuməti bundan sonra kürd terrorizminin yenidən baş qaldırmasına heç bir halda imkan verməyəcək. Bəzi sərhədyanı bölgələrdə lokal silahlı qruplar qalsa belə, onların Türkiyə Silahlı Qüvvələri qarşısında dayanmaq gücü olmayacaq. Türkiyə daha əvvəl də Suriyada uğurlu antiterror əməliyyatları keçirib və bu təcrübə mövcuddur.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 İyul 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri