Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Səhnənin görünməyən sehrbazları

Səhnənin görünməyən sehrbazları

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Şahanə MÜŞFİQ

Səhnə işıqları yanır, orkestr ilk akkordlarını səsləndirir, pərdə ağır-ağır açılır... Tamaşaçının diqqəti dərhal səhnədə canlanan hadisələrə, aktyorların oyununa və onların yaratdığı obrazlara yönəlir. Lakin çox az adam düşünür ki, həmin obrazların inandırıcılığı təkcə aktyor məharətinin nəticəsi deyil. O, qəhrəmanın yaşı, sifət cizgiləri, saç düzümü, bığ-saqqalı, üzündəki hər qırış, hər xırda detal uzun və zəhmətli yaradıcı prosesin məhsuludur.

Bu görünməyən zəhmətin sahibləri isə teatrın pərdəarxasında çalışan sənət adamlarıdır. Onlardan biri də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qrim rəssamı Aybəniz Hüseynovadır. Artıq 23 ildir ki, bu teatrda çalışan sənətkar hər tamaşada onlarca obrazın yaranmasına öz peşəkarlığı ilə töhfə verir.

Qrim otağına daxil olan kimi tamam başqa bir aləmə düşürsən. Burada boyaların qoxusu, səliqə ilə düzülmüş fırçalar, müxtəlif ölçülü pariklər, bığ və saqqallar, eskizlər, maneken başları və saysız-hesabsız qrim vasitələri ilk baxışdan adi görünə bilər. Ancaq bu otaqda hər əşyanın öz tarixi, hər alətin isə səhnədə doğulacaq bir obrazla bağlı missiyası var.

Atadan qıza keçən müqəddəs sənət mirası

Aybəniz Hüseynovanın qrim sənətinə gəlişi təsadüfi olmayıb. O, bu peşəyə uşaqlıqdan qədəm basıb, sözün həqiqi mənasında teatr və kino mühitində böyüyüb. "Bizdə bu sənət ailəlikcə atamızdan gələn müqəddəs bir mirasdır. Atam Teymur sov Azərbaycanın ilk peşəkar qrim rəssamlarından və böyük qrim ustalarından biri olub. Uzun illər "Azərbaycanfilm" kinostudiyasında çalışıb, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və dosent kimi fəaliyyət göstərib. O, "Qrim vəsaiti" adlı dərsliyin müəllifidir. Mən də, bacım da uşaqlığımızdan bu mühitdə böyümüşük və sonradan eyni sənəti seçmişik. Beləcə, ailəmizdə sənət nəsildən-nəslə ötürülən bir ənənəyə çevrilib. Hətta nəvələrə də keçib.

İncəsənətə bu marağım məni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gətirdi. Universiteti qırmızı diplomla bitirmişəm. Sonradan elə orada qrim fənnini tədris etdim. Artıq 23 ildir ki, taleyimi Akademik Musiqili Teatra bağlamışam və bu seçimimdən bir gün də peşman olmamışam".

Sözlərindən hiss olunur ki, qrim onun üçün sadəcə peşə deyil, ailə tarixinin davamı, ömür yolu və həyat tərzidir.

Obraz eskizdən başlayır

Teatr tamaşaçısı aktyorun səhnəyə çıxan son görüntüsünü görür. Halbuki həmin görünüşün arxasında günlərlə, hətta bəlkə aylarla davam edən hazırlıq prosesi dayanır.

Aybəniz Hüseynovanın sözlərinə görə, hər yeni tamaşa kollektiv yaradıcılığın nəticəsidir:

"Hazırlıq prosesində ilk olaraq quruluşçu rejissor və quruluşçu rəssamla birlikdə işləyirik. Rəssamın hazırladığı eskizlər ətrafında geniş müzakirələr aparılır. Əsərin hansı dövrə aid olması, tarixi xüsusiyyətləri, klassik, yoxsa müasir üslubda hazırlanması, obrazların xarakteri və psixologiyası diqqətlə araşdırılır. Bütün bunlardan sonra qrim konsepsiyası formalaşır. Rejissorla sıx ünsiyyətdə olsaq da, aktyor və aktrisanın da rəyini mütləq alırıq. Bəzən ola bilir ki, rejissorun istəyi ilə reallıq üst-üstə düşmür, yaxud aktrisanın saçı digər tamaşada da belə idi, deyirlər ki, burada da belə olsun. Onda biz müdaxilə edir, öz rəyimizi bildirir və ortaq məxrəcə gəlməyə çalışırıq".

Onun sözlərinə görə, qrim yalnız xarici bəzək elementi deyil, obrazın daxili aləmini də ifadə etməlidir. Aktyor güzgünün qarşısında artıq özünü deyil, yaratdığı qəhrəmanı görməlidir. Məhz o zaman obraz tam mənada yaşayır.

Söhbətimiz zamanı qrim rəssamı teatr və kino qrimləri arasındakı fərqlərə də toxunur. Bu iki sənətin bir-birindən tamamilə fərqləndiyini deyir:

"Kinoda kamera hər detalı yaxından göstərdiyi üçün qrim mümkün qədər təbii və görünməz olmalıdır. Teatrda isə vəziyyət tamam başqadır. Böyük zalda ən arxa sırada əyləşən tamaşaçı belə aktyorun mimikasını, üz ifadəsini aydın görə bilməlidir. Buna görə də teatr qrimi daha qabarıq, ifadəli və ekspressiv hazırlanır. Aktyor qrimlə tamamlanır. Həmin obrazın tam olmağı üçün qrim əsas şərtlərdən biridir. Aktyorun tamaşadan-tamaşaya dəyişməsi, bir obrazı ilə digərinin oxşamaması və bunun səhnədə inandırıcı alınmasının ən vacib üsulu qrimdir. Qrim aktyoru səhnədə tamamilə dəyişir. Oyunda da, geyimdə də, qrimdə də fərqlilik olmalıdır.

Xüsusən, tarixi əsərlərdə qrim daha diqqətlə seçilməlidir. Qrim ustası bütün dövrlərin obrazını tanımalı, saç düzümlərini, üz quruluşlarını, necə göründüklərini bilməlidir. Bunun üçün də araşdırma vacib şərtdir.

Eyni zamanda səhnənin işıqlandırılması da qrimə təsir edən amillərdəndir. Səhnədəki işıqla qrim üst-üstə düşməlidir. Yəni səhnədə işıq necə olmasından, aktyorun hansı tərəfdə dayanmasından asılı olmayaraq, ən arxada oturan tamaşaçı belə onun üz cizgilərini rahatlıqla seçməlidir. İşıq bir ötürücüdür. O, aktyorun bütün emosiyalarını tamaşaçıya ötürməlidir".

Kulisdə zamanla yarış

Səhnədə hər şey rahat və ahəngdar görünür. Amma pərdəarxasında həyat tamam başqa ritmlə davam edir. Burada saniyələr belə böyük əhəmiyyət daşıyır. Aybəniz Hüseynova deyir ki, hazırlıq proseslərindən sonra nəhayət, tamaşanın başlaması qrim rəssamının işinin bitməsi demək deyil. Əksinə, tamaşa başlayan andan etibarən qrim rəssamları üçün də daha məsuliyyətli mərhələ başlayır:

"Xüsusilə yay aylarında işimiz daha çətin olur. İstidən aktyorlar çox tərləyirlər. Xüsusi yapışqanla yapışdırdığımız bığ və saqqallar bəzən boşala, hətta qopa bilir. Ona görə tamaşa boyu qrim otağında oturmuruq, səhnə arxasında oluruq. Daim kulisdə növbə çəkirik ki, hər hansı problem yaranarsa, dərhal müdaxilə edək".

Bu peşədə yalnız texniki bacarıq kifayət etmir. Aktyorun psixoloji rahatlığı da qrim rəssamının diqqətində olur.

"Hərdən aktyor səhnəyə çıxmazdan əvvəl həyəcanla soruşur: "Aybəniz xanım, bığım qopmaz ki?" Mən də gülümsəyib deyirəm: "Narahat olma, hər şey möhkəmdir. Sən rahat çıx səhnəyə". Bəzən bu bir cümlə aktyora böyük güvən verir. Amma bütün hallarda yenə də biz səhnə arxasında dayanırıq. Aktyor, aktrisa səhnədən çıxan kimi onun qriminə nəzarət edirik, əyər-əskikləri varsa, düzəldirik. Həmçinin, tamaşa arası fasilədə bütün aktyorların qrimlərinə nəzər yetiririk ki, səhnədə xoşagəlməz situasiya ilə qarşılaşmayaq. Çünki nə olur-olsun, tamaşaçı onu bilməməli, hiss etməməlidir. Əgər ən xırda problem belə tamaşaçı tərəfindən görüldüsə, o, artıq bizim özümüz üçün də xoşagəlməz və məyusedici haldır.

Demirəm ki, bu illər boyunca hər şey mükəmməl səviyyədə olub. Təbii ki, hansısa axsaqlıqlar, problemlər yaşamışıq. Amma tez bir zamanda o problemin öhdəsindən gəlmişik, tamaşaçı hiss etmədən vəziyyətdən çıxmağı bacarmışıq. Biz səhnədə görünməyən obrazlarıq. Öz işimizdən əlavə, həmişə çalışmışıq ki, aktyora dəstək olaq. Kiminsə başı ağrıyırsa, əsəbidirsə, narahatdırsa, ona dəstək oluruq ki, tamaşa yaxşı alınsın".

Əl əməyinin incə sənəti

Qrim rəssamının işi yalnız tamaşadan əvvəl makyaj etməklə bitmir. Tamaşa başa çatdıqdan sonra da uzun saatlar davam edən zəhmət başlayır.

Pariklərin daranması, təmizlənməsi, bığ və saqqalların bərpası, növbəti tamaşaya hazırlanması böyük səbir və diqqət tələb edir. Amma sevgi olan yerdə nəyin öhdəsindən gəlmək mümkün deyil ki? Aybəniz xanımı da bu sənətə bağlayan ilk və ən önəmli amil elə sevgidir. Bunu özü də etiraf edir:

"Mən sənətimi hədsiz dərəcədə sevirəm. Uşaqlığım teatrın, Kinostudiyanın həyətində keçdiyi üçün bu mühitsiz yaşaya bilmirəm. İllər keçsə də, saatlarla oturub parik toxumaqdan yorulmuram. İstifadədən çıxan bığ-saqqalları, parikləri təmizləyib yenidən istifadəyə hazırlayıram. Mənim üçün hər detal vacibdir".

Öz işinə, peşəsinə qarşı son dərəcə həssaslıq yanaşan Aybəniz xanım öz iş şəraitini də daim təkmilləşdirməyə çalışır:

"Qrim otağında özüm üçün xüsusi iş guşəsi yaratmışam. İşimin keyfiyyətini artırmaq üçün lazım olan yeni materialları, maneken başlarını, xüsusi avadanlıqları özüm sifariş edirəm. Çünki hesab edirəm ki, sənətkarın əlində yaxşı alət olmalıdır".

Onun danışığında bir fikir xüsusilə diqqətimi çəkir: qrim sənəti daim öyrənməyi, yenilənməyi və axtarışda olmağı tələb edir. Teatr dəyişdikcə qrim də dəyişir, yeni texnologiyalar, yeni materiallar meydana çıxır və sənətkar bütün bunlarla ayaqlaşmalıdır.

Səhnədə görünməyən qəhrəmanlar

Tamaşa başa çatır, pərdə bağlanır, alqışlar səslənir. Tamaşaçı aktyorların oyununu, rejissorun quruluşunu, musiqini xatırlayaraq zaldan ayrılır. Amma həmin alqışların görünməyən ünvanları da var. Çünki səhnədə doğulan hər obrazın arxasında gecəsini-gündüzünə qatan, ən xırda detala belə həssaslıqla yanaşan sənət adamları dayanır.

Aybəniz Hüseynova həmin görünməyən qəhrəmanlardan biridir. O, atasından aldığı sənət estafetini bu gün də böyük məsuliyyət və sevgi ilə davam etdirir. Hər tamaşada öz zərif toxunuşları ilə aktyorun simasında yeni bir insan, yeni bir tale, yeni bir həyat yaradır.

Bəlkə də tamaşaçı onu heç vaxt səhnədə görmür. Amma səhnədə inandırıcı görünən hər obrazda, hər qəhrəmanda, hər alqışda onun zəhmətinin, peşəkarlığının və sevgisinin izi yaşayır. Elə teatrın əsl sehri də məhz görünməyən insanların görünən möcüzələr yaratmasındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see265

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see262

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see255

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see253

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see243

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see239

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see238

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see228

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see218

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see215

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see213

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see211

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see211

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see208

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see204

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see202

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see200

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see200

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see200

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri