Silahlı hücum zamanı 50 dən çox adam öldü
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Efiopiyanın qərbində silahlı şəxslərin hücumu nəticəsində 50-dən çox insan həlak olub. Hadisə noyabrın 5-də Benışanqul-Qumuz bölgəsinin Asosa zonasında, Daleti yaşayış məntəqəsində baş verib.
Modern.az xarici mediaya istinadla bildirir ki, ölənlər arasında 21 mülki şəxs, 18 hüquq-mühafizə əməkdaşı və 13 milis üzvü var.
Bölgə polisinin komissarı İdris Məhəmməd hücumun yerli vaxtla saat 5 radələrində baş verdiyini bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri hücuma hazır olmadığından gözlənilmədən yaxalanıblar.
Polis hücumda ölkədə terror təşkilatı kimi tanınan “Oromo Azadlıq Ordusu”nu (OLA) ittiham edib. Silahlı şəxslər hücumdan sonra ərazini tərk ediblər.
Hadisədən sonra bölgəyə federal ordu və regional təhlükəsizlik qüvvələri göndərilib. Vəziyyət nəzarət altına alınıb. Təhlükəsizlik səbəbindən evlərini tərk edən sakinlər isə sonradan geri qayıdıblar.
Qeyd edək ki, OLA əsasən Efiopiyanın Oromiya bölgəsində fəaliyyət göstərir. Qrup daha əvvəl mülki şəxslərə qarşı hücumlarda iştirakını dəfələrlə təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 08 Noyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















