Icma.az
close
up
RU
Silahlı münaqişələrin ən ağır yükünü dinc əhali daşıyır BƏYANAT

Silahlı münaqişələrin ən ağır yükünü dinc əhali daşıyır BƏYANAT

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanat yayıb.
Bizim.Media bəyanatı təqdim edir:
"2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən altı il ötür. Həmin gün Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, münaqişənin doğurduğu ağır humanitar nəticələrin aradan qaldırılması, insan itkilərinə səbəb olmuş müharibə cinayətlərini törətmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması və uzun illər ərzində pozulmuş hüquqların bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.
 

Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, habelə uzun illər doğma torpaqlarından didərgin düşmüş insanların pozulmuş fundamental hüquqlarının bərpası istiqamətində yeni mərhələ başlanmışdır.


Müharibə dövründə mülki əhalinin həyat və sağlamlığına zərər dəyməsi, yaşayış məntəqələrinin və sosial infrastrukturun dağıdılması ciddi humanitar nəticələr doğurmuşdur.
Bu hadisələr bir daha göstərir ki, silahlı münaqişələrin ən ağır yükünü məhz dinc əhali daşıyır və mülki əhalinin beynəlxalq humanitar hüquqa uyğun müdafiəsi, habelə yaşamaq hüququnun təmin edilməsi daim diqqətdə saxlanılmalıdır.
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin, xüsusilə də Gəncə, Bərdə, Naftalan, Tərtər və digər şəhər və rayonların ağır artilleriya və beynəlxalq hüquqla qadağan edilmiş uzaq mənzilli raket sistemlərindən atəşə tutulması mülki şəxslər arasında insan tələfatı və xəsarətlərlə nəticələnmiş, yaşayış evlərinə, sosial, təhsil, səhiyyə, dini və digər mülki obyektlərə ciddi ziyan dəymişdir. Azərbaycan Ombudsmanının həmin dövrdə həyata keçirdiyi faktaraşdırıcı missiyalar nəticəsində hazırlanmış hesabatlarda bu faktlar sənədləşdirilmişdir.
Mülki əhali və obyektlərin hədəfə alınması ilə bağlı beynəlxalq hüququn tələblərinin pozulmasına dair faktların obyektiv və hərtərəfli araşdırılması, təqsirli şəxslərin müəyyən edilərək milli qanunvericilik və beynəlxalq hüquq normalarına uyğun məsuliyyətə cəlb olunması mühüm əhəmiyyət daşıyır. Bu kimi halları törədənlərin cəzasız qalmasının qarşısının alınması insan hüquqlarının müdafiəsi və gələcəkdə analoji halların təkrarlanmaması baxımından vacibdir.
 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq hesab edirəm ki, müharibə və münaqişə nəticəsində pozulmuş insan hüquqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması postmünaqişə dövrünün əsas humanitar prioritetlərindəndir.


Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, insanların öz doğma yurdlarına qayıdışı və onların bütün fundamental hüquqlarının etibarlı təmin edilməsi sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsinə mühüm töhfə verir.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh gündəliyinin irəliləməsi və sülh sazişinin yekunlaşdırılması istiqamətində əldə olunan mühüm nəticələr bütövlükdə regionun gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu proses dayanıqlı və uzunmüddətli sülhün, sabitliyin, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır.
Bu baxımdan, əldə olunmuş sülh imkanlarının qorunması və davamlı sülhə çevrilməsi beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin, dövlətlərin, milli insan hüquqları təsisatlarının və vətəndaş cəmiyyətinin üzərinə mühüm məsuliyyət qoyur.

27 sentyabr tarixi təkcə uzun illər ərzində respublikamıza və xalqımıza qarşı aparılan təcavüz, işğal və təxribat siyasətinə son qoyan genişmiqyaslı əks-hücum əməliyyatlarının başlandığı gün deyil, həmçinin dövlətimizin, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qələbə qazanan ordumuzun, ən çətin günlərdə belə əsl vətənpərvərlik nümunəsi olan xalqımızın qüdrətini göstərən gün kimi yaddaşlara yazıldı.
 

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış soydaşlarımızın əziz xatirəsini ehtiramla yad edərək, onların ailələrinə səbir diləyir, müharibə iştirakçılarına və müharibədən zərər çəkmiş bütün insanlara sağlam və firavan gələcək arzu edirəm.


İnanıram ki, şəhidlərimizin xatirəsinə ən böyük ehtiram gələcək nəsillərin müharibə və zorakılıqdan uzaq, sülh, təhlükəsizlik və rifah şəraitində yaşamasına nail olmaqdır. Ağır və şərəfli xatirələrlə tariximizə yazılan Anım Günündən sonra bizə qalan mənəvi irs və yaddaşın ölkəmizə və xalqımıza əmin-amanlıq, regionumuza möhkəm və davamlı sülh, müharibəsiz və təhlükəsiz həyat, mütərəqqi inkişaf gətirməsini arzulayıram".
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Sentyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri