Icma.az
close
up
RU
Silahlı Qüvvələr Günü yalnız orduya ehtiram günü deyil, həm də Zəfərimizin simvoluna çevrilmiş bir tarixdir

Silahlı Qüvvələr Günü yalnız orduya ehtiram günü deyil, həm də Zəfərimizin simvoluna çevrilmiş bir tarixdir

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaranmasının 107-ci ildönümünü böyük fərəh və sevinc hissi ilə qeyd edəcəyimiz Şanlı Ordumuz hər birimizin qürur yeridir. Əsası və təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, sağlam təməllər üzərində qurulan, Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Şanlı Vətən Müharibəsində düşmənə layiqli cavab verərək tarixi Zəfəri xalqımıza yaşatdı. Xüsusi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı, bu istiqamətdə böyük uğurlar əldə olundu və Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi.  Hər bir xalqın tarixində dönüş nöqtəsi olan hadisələr vardır ki, həmin anlar illərlə yaddaşlarda qalır və gələcək nəsillərə qürur mənbəyi olur. Azərbaycan xalqı üçün 2020-ci ilin 44 günlük Vətən müharibəsi belə bir şanlı səhifə oldu. Bu gün isə biz 26 İyun – Silahlı Qüvvələr Gününü fərqli bir ovqatla, artıq qalib xalq və müzəffər ordu kimi qeyd edirik. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ordumuz öz gücünü, peşəkarlığını, texnoloji üstünlüyünü və xalqla birliyini dünyaya nümayiş etdirdi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan ordusu təkcə regionun deyil, həm də dünyanın ən güclü ordularından birinə çevrilib. Bu tarixi zəfər təkcə hərbi uğur deyil, həm də milli birliyin və həmrəyliyin təntənəsidir. Azərbaycan xalqı öz Ordusuna olan sonsuz inamını nümayiş etdirdi və hər kəs bu şanlı yürüşdə öz vətənpərvərliyi ilə iştirak etdi. Şəhidlərimizin qanı ilə yazılmış bu qələbə xalqımızın qürur mənbəyidir. Ulu Öndər ordunu dövlətçiliyin dayağı, xalqın ümid yeri hesab edirdi. O, deyirdi: “Gənclər orduda xidmət etmək üçün tərbiyələndirilməlidir”. Bu fikrin özü milli ruhun, vətəndaşlıq şüurunun formalaşması üçün bir çağırış idi. Silahlı Qüvvələrə olan bu qayğı sonrakı illərdə daha da artdı. Ali Baş Komandan kimi Prezident İlham Əliyev də bu siyasi kursu uğurla davam etdirdi. Bu davamlılıq nəticəsində Azərbaycan ordusu regionun ən güclü ordularından birinə çevrildi. Bu gün Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığı artırıldı, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu və 44 günlük Şanlı Vətən Müharibəsində zəfər çaldı, torpaqlarımız düşmən tapdağından azad edildi. Qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsi zamanı xalq sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi və tarixi ədalət bərpa olundu.

Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər Azərbaycanın xeyrinə davam edir. Çünki bu gün Azərbaycan sözün əsl mənasında həm Beynəlxalq aləmdə, həm də regionda böyük nüfuza sahib olan bir dövlətdir. Tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni-yeni uğurlara, yeni yeni qələbələrə imza atacaqdır. Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir. Silahlı Qüvvələr Günü bu gün daha mənalı və daha dəyərli şəkildə qeyd olunur. İndi bu gün yalnız orduya ehtiram günü deyil, həm də Zəfərimizin simvoluna çevrilmiş bir tarixdir. Dövlətimizin hərbi gücü, siyasi iradəsi və xalqımızın birlik ruhu bizi gələcəkdə də yeni uğurlara aparacaqdır.

Arifə Abbasova,

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyun 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri