Icma.az
close
up
RU
Sıldırımın əkiz məbədləri

Sıldırımın əkiz məbədləri

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çinin Quyçjou əyalətinin cənub-qərb hissəsindəki Səmaaltı ərazisində tarixin özü qədər qədim vulkanların övladı olan Fansizinşan dağı ucalır. Qeyri-adi sıldırım qayalıqları olan bu dağ təbii gözəlliyinə və orijinallığına görə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qeyri-adi bir təbiət möcüzəsidir. 

Yerli sakinlərin Məbəd dağı adlandırdığı bu məkan özünün xüsusi bitki örtüyü və dağ-meşə heyvanları ilə seçilir. Dumanlı-qarlı zirvəsində qoşa məbəd ucalan  Fansizinşan dağı buddistlərin ən müqəddəs yerlərindən  sayılır. 
Hələ qədim Çində, Tan sülaləsi dövründə (VII-X əsrlər) bu dağın döşündə çoxlu sayda məbəd mövcud olub. Həmin məbədlər bu günümüzə gəlib çatmasa da zirvədə qoşa üzük qaşına bənzəyən bu iki məbəd hələ də öz varlığını qoruyub saxlamaqdadır. 

Bu gün Məbəd dağının iki barmağa bənzəyən zirvələrində  qədim qoşa məbədlər baş-başa verib öz ömürlərini sürdürməkdədirlər. Bu yanaşı zirvələrdə qoşa ucalan  məbədləri yerli əhali “əkiz məbədlər” də adlandırır. 
Həmin tikililərin biri Budda məbədi, digəri isə Maitreya məbədi kimi tanınır. Maraqlıdır ki, yanaşı ucalan bu məbədlərin arasında dərin sıldırım var. Lakin buddistlər əkiz qardaş sayılan məbədləri biri-birindən ayrı düşməyə qoymayıblar. Odur ki, məbəddən məbədə keçid etmək üçün sıldırım üzərindən qayadan-qayaya körpü inşa ediblər. Həmin körpü vasitəsilə ziyarətçilər bir məbəddən digərinə keçmək imkanı əldə edirlər. Buddistlər aradakı bu körpünü “məbədlərin ortaq ürəyi” adlandırırlar. 

Dağın aşağısından zirvəsinə gedib çatmaq üçün ziyarətçilər sıldırım qayalar üzərində oyulmuş uzun pilləkənlə qalxırlar. Əlbəttə, buddist inancına görə nirvanaya doğru irəliləmək, ən keçilməz yollarla olsa belə, heç zaman qorxulu olmamalıdır. Yəni, qəlbində müqəddəs amalla yola çıxan ziyarətçini ən keçilməz maneələr belə öz yolundan döndərə bilməz. Ziyarətçilərin dediyinə görə onlar bu yolla irəliləyərkən, pilləkənlər boyu nə az, nə çox, düz 8888 addım atırlar. 8 rəqəmi buddizmdə səkkiz pilləli yoqa təliminə işarədir. Ürəyində arzu tutub ziyarətə yollanan ziyarətçilərin hər iki məbədi ziyarət etmələri daha doğru sayılır. Çünki inanca görə məbədlərdən birinin hansısa arzunun çin olmasına gücü çatmaya bilər, ona görə də ziyarətə qalxan buddist mütləq aradakı körpüdən adlamalıdı. 

Əkiz məbədlər Fansizinşan dağının zirvəsində, dəniz səviyyəsindən 2572 metr yüksəklikdə yerləşirlər. Zəvvarlar zirvəyə qalxmaq üçün təxminən 4 saat vaxt sərf edirlər. Əkiz məbədləri ziyarətə qalxan turistlər öz həyatlarının ən ekstremal və unudulmaz məqamlarını yaşayırlar.  Zirvədən görünən təbiətin saflığı burada hər bir insanı nələrəsə inandırmağa çalışır. Təkcə inanclı buddistlər deyil, hər il minlərlə xarici turist də bu məbədlərin görüşünə qalxır.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri