Icma.az
close
up
RU
Silikon Vadisi milyarderlərinin yeni planı: Bu dəfə alınacaqmı?

Silikon Vadisi milyarderlərinin yeni planı: Bu dəfə alınacaqmı?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Silikon Vadisi milyarderlərinin dəstəklədiyi və ötən il uğursuzluğa düçar olduğu düşünülən mübahisəli "California Forever” layihəsi yeni ad və strategiya ilə yenidən gündəmə gəlib. 

Qaynarinfo xəbər verir ki, Şimali Kaliforniyada sıfırdan yeni bir şəhər salmaq planı yerli etirazlara görə dayandırılmışdı. Lakin layihə qrupu indi Körfəz bölgəsində yerləşən mövcud Suisan şəhərini genişləndirməklə vizyonlarını həyata keçirməyi planlaşdırır.

Keçən həftə "California Forever” qrupu rəsmi şəkildə "Suisan genişlənməsi layihəsi” üçün müraciət etdiyini açıqlayıb. Bu addım, daha əvvəl səssiz şəkildə alınmış Solano mahalındakı böyük torpaq sahələrinin Suisan şəhərinə daxil edilməsini nəzərdə tutur. Plan şəhərin sərhədlərini təxminən 88 min dönüm genişləndirəcək və həmin ərazidə yaşayış və iş yerləri tikiləcək.

"Solano Foundry” – yeni sənaye mərkəzi

Layihənin mərkəzində "Solano Foundry” adlı iri istehsal kompleksi və sənaye parkı yer alır. Qrup bu müəssisəni "Silikon vadisindən bir saatlıq məsafədə qabaqcıl texnologiyalar üçün yeni mərkəz” kimi təqdim edir və məqsədlərinin bölgəyə yüksək ixtisaslı istehsal işlərini gətirmək olduğunu bildirir.

175 min ev və "Gələcəyin böyük Amerika şəhəri”

"California Forever” şirkətinin baş direktoru Yan Sramek layihə barədə sosial şəbəkə "X”də geniş məlumat verib. O, bu təşəbbüsü "Silikon vadisindən bir saat şimalda yerləşən, gələcəyin böyük Amerika şəhəri” kimi təsvir edib.

Sramekin açıqlamasına görə, Suisan genişlənməsi layihəsi 40 il ərzində inşa ediləcək 175 minədək ev, yeni şəhər mərkəzi və piyada zonaları olan yaşayış məhəllələrini əhatə edir. Layihənin tərkibinə daxil olan "Solano gəmiqayırma zavodu” isə Suisanın təxminən 11 km cənubunda yerləşəcək və Solano mahalının sərhədləri daxilində qalacaq.

Yerli hökumətin mövqeyi

Suisan meri Bret Prebula bildirib ki, layihə üçün ətraf mühitə təsirin qiymətləndirilməsi yaxın günlərdə başlayacaq və bu mərhələ 30–45 gün davam edəcək. O, inkişaf etdirici qrupla aylarla davam edən danışıqlarda iştirak etdiklərini və onların "iş yerləri, yaşayış, nəqliyyat və açıq məkanların yaradılması” kimi əsas məsələlərdə şəhər rəhbərliyinin fikirlərini dinlədiklərini vurğulayıb.

Strategiya dəyişikliyi və davam edən çətinliklər

Layihə qrupu, görünür, əvvəlki təcrübələrindən nəticə çıxarıb. Sıfırdan yeni şəhər salmaq ideyasına qarşı çıxan yerli icmalar, layihənin mövcud bir şəhərin tərkibində, "ilhaq” yolu ilə həyata keçirilməsini dəstəklədiklərini bildirmişdilər. İnkişaf etdiricilər də bu geribildirimə uyğun olaraq strategiyanı dəyişiblər.

Lakin "California Forever” hələ də ictimaiyyətlə əlaqələr sahəsində çətinliklərlə üzləşir. Layihə, yerli fermerlərlə torpaq mübahisələri və sakinlərlə gərgin keçən ictimai dinləmələr səbəbindən bölgədə ciddi müqavimətlə qarşılaşmışdı. Şirkət bu imici dəyişmək məqsədilə "Bay Area Council” təşkilatının uzunmüddətli rəhbəri Cim Vundermanı ictimaiyyətlə əlaqələr üzrə yeni rəhbər təyin edib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri