Icma.az
close
up
RU
Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar

Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən iki məsələ gündəmi tünbətün elədi. Birimincisi Harvard Universitetindən sertifikat çırpışdıran aparıcının atasız qızlarla bağlı xalqa məsləhəti, ikimincisi də məşhur iş adamı, şipşirin sahibkar İsfəndiyar kişinin açıqlamaları…

Bu söhbətlər bir-birinə üzvü surətdə o qədər bağlıdır ki, ayrı-ayrılıqda fikir bildirmək haqsızlıq, mən deyərdim ki, münafiqlikdir.

Aparıcı xanımın atasız qızlarla bağlı düşüncələri feodal xarakter daşıyır, 21-ci əsrin bütün mənəvi kodekslərini yerlə bir edir. Bu “silikonlu Harvard məzunu”, hələ də başa düşməyib ki, insan faili-muxtardır, ata-ananın elədiklərinə, yaşayışına, düşüncələrinə görə məsuliyyət daşımır. Bu valideyn qədri bilən göyçək, bu yaxınlarda anası yaşda qadını da verlişində danlayıb, az qalırdı döysün. Adam istəyir desin ki, bu əşrəfi məxluqu niyə tv-lərə buraxırlar, ancaq tez yadına düşür ki, buna sənin haqqın yoxdur, özəl firmalardı, nə istəsələr, kimi istəsələr göstərə bilərlər. Bəs neynəmək olar? Heç nə!

Bu “ay canı yanmışlar” hələ indi-indi cücərir, bir azdan hər yerdə peyda olacaqlar, elliklə bu “şeyda gözəl”in ölənlərinə rəhmət oxuyacağıq. İndi yaşamağın yolu budur. Bunlar kimi olmaq, zəvzəvləmək, şitənmək, özünü, abrını çölə qoymaq uğurun açarıdır. Niyə, çünki başqa sahələri, müasir çobanlar tutub. Bax elə biri bizim İsfəndiyar kişi. Özü deyir ki, çobanam. Çobanlıq çətin peşədi, ağır sənətdi, həm də şərəfli. Müəllim çobanlığın nə olduğunu bilmir, bilsə deməz. O əsl müasir Azərbaycanın iş adamıdır, uğurlu biznesmendir. Bir şey yadıma düşdü, qoy danışım, yadımdan çıxar.

Kəndimizin sovet dövründə, elə indi də təhsili çox yaxşı olub, məktəbimiz nümunəvi məktəbdir. Kasıb-kusub balaları oxuyub adam olub. Nə isə bir qohum xanım var, gəncliyindən həyat yoldaşını itirib, yetimçiliklə 8 uşaq böyüdüb. Onlardan biri hərbi təhsil aldı, böyüdü, böyüdü, oldu polkovnik. Vəzifəyə gəldi, bir-iki ay çəkmədi tutuldu. Bir adam üzünə durdu ki, məndən 1000 manat alıb, uşağımı əsgərlikdən saxlayıbsan. Nədənsə uşaq evdə qaldı, rüşvət verən “kişi”yə heç nə olmadı, polkovnik tutuldu, 8 il sərasər türmədə oturdu. Ailə olmazın zülmlər çəkdi.

Oxumayan uşaqlar, işləyib, türməyə yemək-içmək daşıdı. Nə başınızı ağrıdım, bir gün kəndə gedəndə həmin qohum arvadla yolda rastlaşdım, xoş-beşdın sonra məndən uşaqları soruşdu. Dedi, bala oğlun məktəbi qurtardı? İnstituta girdi? Dedim, hələ 2 ili var. Dedi, xalan qurban oxutma, oxuyanları tuturlar.

İndi ay İsfəndiyar əmi, yaxşı ki, yazıb-oxuya bilmirsən, yoxsa çoxdan sizi də tutmuşdular. Bizim də xətrimizə dəyən sizin varlı olmağınız deyil, alimlərə 10-15 min dollar maaş verməyinizdir. Alimə o qədər pul verərlər? Gül kimi acından ölürlər də…

Yaxşı maaşı adam “Harvard məzunu”na verər. Siz bizim qüsurumuza baxmayın, heç bilənlə bilməyən bir ola bilər? Allah iş avandlığı versin, pullar gəlsin, şad-xürrəm yaşayın. Alimlərdi də, “baş dolu cib boş”, danışırlar da…

İlham Əziz

Bakupost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Aprel 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri