Icma.az
close
up
RU
Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib

Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Silk Way Group" şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisi ilə bağlı mühüm infrastruktur layihəsini elan edib. Bu iddialı təşəbbüs qrupun əməliyyat imkanlarının genişləndirilməsi, inkişafın sürətləndirilməsi və zonanın strateji potensialından istifadə edərək biznes perspektivlərinin, habelə səmərəliliyin artırılması məqsədini daşıyır.

Yeni yük hava limanı "Silk Way Group"un regiondakı logistika və infrastruktur təşəbbüslərinə dəstək üçün yaradılmış qurum olan "Silk Way Alat Free Economic Zone" şirkəti vasitəsilə fəaliyyət göstərəcəkdir. Bu korporativ yanaşma "Silk Way Group"un Ələt Azad İqtisadi Zonasının hədəflərinə uyğun mərhələli inkişafa olan sadiqliyini vurğulayır və layihənin Azərbaycanın milli iqtisadi inkişaf strategiyasına inteqrasiyasını təmin edir.

Layihə fərdi ekspeditor anbarlarının, tez xarab olan yüklər üçün terminalların və müasir ofis binalarının inşasını nəzərdə tutur. Bu hərtərəfli plan logistika sektorunun dinamik tələblərinə uyğun olaraq əməliyyatlarda uyğunluq və innovasiyanı əldə rəhbər tutur.

Layihənin əsas texnologiya tərəfdaşı olan "TKH Airport Solutions" şirkətinin çıxışı mərasim iştirakçıları tərəfindən böyük diqqətlə qarşılandı. Şirkətin rəhbəri uçuş-enmə zolağının tikintisində istifadə olunacaq qabaqcıl aerodrom işıqlandırma texnologiyası olan CEDD AGL-ə xüsusi diqqət yetirərək, davamlı texnologiyaların və enerjiyə qənaət həllərinin tətbiqinin əhəmiyyətini vurğuladı. Bununla şirkət COP29-un hədəfləri və dayanıqlı inkişaf məqsədlərinə uyğun ekoloji cəhətdən təmiz və səmərəli təcrübələrə sadiqliyini nümayiş etdirir.

Bu tərəfdaşlıq və layihənin iddialı miqyası "Silk Way Group" üçün yeni imkanlar yaradacaq və həm regionun, həm də bütövlükdə Azərbaycanın iqtisadi inkişafına əhəmiyyətli töhfə verəcək.

Müasir logistika mərkəzi kimi nəzərdə tutulan hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək. Layihə yalnız ölkənin nəqliyyat imkanlarını genişləndirməklə kifayətlənməyəcək, eyni zamanda, ətraf bölgənin hərtərəfli iqtisadi inkişafına təkan verəcək. Bununla layihə yerli əhalinin yaşayış səviyyəsi və rifah halını yaxşılaşdıraraq ümumi sosial-iqtisadi inkişafa töhfə verməyi hədəfləyir.

Ekoloji məsuliyyətə sadiq qalmaqla yeni obyektin tikintisində qabaqcıl dayanıqlı texnologiyalardan, o cümlədən alternativ enerji mənbələrindən istifadə olunacaq və yük hava limanı ekoloji cəhətdən təmiz infrastruktur nümunəsi kimi tanınacaq.

Yük hava limanının tikintisi 2026-cı ildə başa çatdıqdan sonra Ələt Azad İqtisadi Zonası inteqrasiya olunmuş logistika infrastrukturu ilə mühüm tranzit mərkəzinə çevriləcək. Yeni obyektlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, geniş dəmir yolu və avtomobil qovşaqlarına, eləcə də yeni hava limanına çıxış əldə edəcək və bu ümumilikdə Azərbaycanın nəqliyyat və təchizat imkanlarını artıracaq.

"Silk Way Group"un prezidenti Zaur Axundov Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının yaradılmasını ölkə tarixində mühüm bir mərhələ adlandıraraq bunun artan yerli və qlobal yükdaşıma tələbatının effektiv şəkildə qarşılayacaq yeni imkanlara keçid olduğunu qeyd edib:

"Bu təşəbbüs Orta Dəhlizdəki mövqeyimizi gücləndirməklə yanaşı, inkişaf üçün yeni yollar açır və həm bizim biznesimiz, həm də dəyərli tərəfdaşlarımız və investorlarımız üçün ümidverici perspektivlər vəd edir".

Öz növbəsində, "Silk Way Alat Free Economic Zone" şirkətinin baş direktoru Cavad Dbila da layihənin əhəmiyyətindən bəhs edərək yeni yük hava limanının Ələt Azad İqtisadi Zonasının əsas dayağı olacağını və Azərbaycanın logistika və nəqliyyat infrastrukturunun imkanları ilə bağlı hədəfləri reallaşdıracağını qeyd edib:

"Rəsmi "Silk Way" qurumu olaraq dayanıqlı təcrübələrin və müasir infrastrukturun inteqrasiyasına, nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşların cəlb edilməsinə və Azərbaycanın tranzit logistika mərkəzi kimi rolunun gücləndirilməsinə diqqət yetiririk. Bu layihənin regionumuzun iqtisadi mənzərəsinə təsirini və yaradacağı imkanları görməyi səbirsizliklə gözləyirik".

"TKH Airport Solutions" şirkətinin baş direktoru Erik Velderman isə "Silk Way" tərəfindən yeni CAT III kateqoriyalı yük hava limanı üçün "TKH Airport Solutions" və CEDD Aerodrom İşıqlandırma texnologiyasına üstünlük verilməsindən məmnunluğunu ifadə edib:

"Qabaqcıl aşağı voltajlı CEDD texnologiyamız hava limanı üçün mühüm enerji qənaətini təmin edir və hava limanı əməliyyatlarının davamlı transformasiyasını dəstəkləyir. Hava yükdaşımalarının ətraf mühitə təsirinin azaldılmasına töhfə verməyi səbirsizliklə gözləyirik".

"Silk Way Group"

2006-cı ildə yaradılmış Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli "Silk Way Group" aviasiya yükdaşımaları üzrə aparıcı Azərbaycan konqlomeratıdır. 2019-cu ildə qrup fəaliyyətini təkmilləşdirərək əməliyyatlarını əsas üç törəmə müəssisəsinə yönəltdi: çoxyönlü yükdaşımalar təklif edən "Silk Way Airlines", qlobal yükdaşımalar üzrə uçuşlar həyata keçirən "Silk Way West Airlines" və təyyarələrin təmir və texniki xidmətini təmin edən "Silk Way Technics". Dünya üzrə 1700-dən artıq mütəxəssisin çalışdığı bu şirkətlər Azərbaycan iqtisadiyyatına böyük töhfə verir.

CEDD Aerodrom İşıqlandırma Sistemi

LED üçün nəzərdə tutulmuş CEDD ağıllı, təhlükəsiz və dayanıqlı aerodrom işıqlandırma sistemidir. Enerji və məlumat ötürülməsi tək bir kabel vasitəsilə həyata keçirilir. İşıqlandırma qurğuları induksiya yolu ilə enerji və məlumat alır ki, bu da sahədə transformator və qoşuculara ehtiyacı aradan qaldırır. Lampalar elektrik təması olmadan asanlıqla və təhlükəsiz şəkildə quraşdırıla və ya dəyişdirilə bilər.

CEDD lampaları fərdi qaydada idarə oluna bildiyi üçün aerodrom işıqlandırmasının idarə olunmasında daha böyük çeviklik təmin edir. Bu, sistemi "Yaşıl işıqları izlə" tipli tətbiqlər üçün xüsusilə uyğun edir. Adi LED AGL sistemləri ilə müqayisədə 70%-dək az enerji sərf edən CEDD aerodromun ətraf mühitə təsirini azaldır.

"TKH Airport Solutions"

"TKH Airport Solutions" ağıllı aerodrom işıqlandırma (AGL) sistemlərini inkişaf və istehsal edir. Şirkət AGL və rabitə texnologiyaları sahəsində uzunmüddətli və uğurlu inkişaf ənənəsindən əldə etdiyi təcrübəyə əsaslanır. "TKH Airport Solutions" mövcud LED işıqlandırma məhsul çeşidinə yeni CEDD AGL texnologiyasını əlavə edib. Bu ağıllı və davamlı həll AGL infrastrukturunun səmərəliliyini, təhlükəsizliyini və etibarlılığını artırır. CEDD AGL sistemi ilə şirkət müasir hava limanı ehtiyaclarını yeni uçuş-enmə zolağı işıqlandırma texnologiyaları ilə təbii şəkildə inteqrasiya edir. "TKH Airport Solutions" Niderlandın "TKH Group NV" qrupuna aid şirkətlərdən biridir. Şirkət "TKH Group"un bir hissəsi olaraq ağıllı rabitə, enerji paylanması və AGL sahəsində 90 ildən artıq təcrübədən istifadə edir. "TKH Airport Solutions" haqqında daha ətraflı məlumat üçün www.tkh-airportsolutions.com səhifəsinə daxil olun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Noyabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri