Icma.az
close
up
RU
Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib

Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Silk Way Group” şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisi ilə bağlı mühüm infrastruktur layihəsini elan edib. Bu iddialı təşəbbüs qrupun əməliyyat imkanlarının genişləndirilməsi, inkişafın sürətləndirilməsi və zonanın strateji potensialından istifadə edərək biznes perspektivlərinin, habelə səmərəliliyin artırılması məqsədini daşıyır.

Yeni yük hava limanı “Silk Way Group”un regiondakı logistika və infrastruktur təşəbbüslərinə dəstək üçün yaradılmış qurum olan “Silk Way Alat Free Economic Zone” şirkəti vasitəsilə fəaliyyət göstərəcək. Bu korporativ yanaşma “Silk Way Group”-un Ələt Azad İqtisadi Zonasının hədəflərinə uyğun mərhələli inkişafa olan sadiqliyini vurğulayır və layihənin Azərbaycanın milli iqtisadi inkişaf strategiyasına inteqrasiyasını təmin edir.

Layihə fərdi ekspeditor anbarlarının, tez xarab olan yüklər üçün terminalların və müasir ofis binalarının inşasını nəzərdə tutur. Bu hərtərəfli plan logistika sektorunun dinamik tələblərinə uyğun olaraq əməliyyatlarda uyğunluq və innovasiyanı əldə rəhbər tutur.

Layihənin əsas texnologiya tərəfdaşı olan “TKH Airport Solutions” şirkətinin çıxışı mərasim iştirakçıları tərəfindən böyük diqqətlə qarşılandı. Şirkətin rəhbəri uçuş-enmə zolağının tikintisində istifadə olunacaq qabaqcıl aerodrom işıqlandırma texnologiyası olan CEDD AGL-ə xüsusi diqqət yetirərək, davamlı texnologiyaların və enerjiyə qənaət həllərinin tətbiqinin əhəmiyyətini vurğuladı. Bununla şirkət COP29-un hədəfləri və dayanıqlı inkişaf məqsədlərinə uyğun ekoloji cəhətdən təmiz və səmərəli təcrübələrə sadiqliyini nümayiş etdirir.

Bu tərəfdaşlıq və layihənin iddialı miqyası “Silk Way Group” üçün yeni imkanlar yaradacaq və həm regionun, həm də bütövlükdə Azərbaycanın iqtisadi inkişafına əhəmiyyətli töhfə verəcək.

Müasir logistika mərkəzi kimi nəzərdə tutulan hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək. Layihə yalnız ölkənin nəqliyyat imkanlarını genişləndirməklə kifayətlənməyəcək, eyni zamanda, ətraf bölgənin hərtərəfli iqtisadi inkişafına təkan verəcək. Bununla layihə yerli əhalinin yaşayış səviyyəsi və rifah halını yaxşılaşdıraraq ümumi sosial-iqtisadi inkişafa töhfə verməyi hədəfləyir.

Ekoloji məsuliyyətə sadiq qalmaqla yeni obyektin tikintisində qabaqcıl dayanıqlı texnologiyalardan, o cümlədən alternativ enerji mənbələrindən istifadə olunacaq və yük hava limanı ekoloji cəhətdən təmiz infrastruktur nümunəsi kimi tanınacaq.

Yük hava limanının tikintisi 2026-cı ildə başa çatdıqdan sonra Ələt Azad İqtisadi Zonası inteqrasiya olunmuş logistika infrastrukturu ilə mühüm tranzit mərkəzinə çevriləcək. Yeni obyektlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, geniş dəmir yolu və avtomobil qovşaqlarına, eləcə də yeni hava limanına çıxış əldə edəcək və bu ümumilikdə Azərbaycanın nəqliyyat və təchizat imkanlarını artıracaq.

“Silk Way Group”-un prezidenti Zaur Axundov Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının yaradılmasını ölkə tarixində mühüm bir mərhələ adlandıraraq bunun artan yerli və qlobal yükdaşıma tələbatının effektiv şəkildə qarşılayacaq yeni imkanlara keçid olduğunu qeyd edib: “Bu təşəbbüs Orta Dəhlizdəki mövqeyimizi gücləndirməklə yanaşı, inkişaf üçün yeni yollar açır və həm bizim biznesimiz, həm də dəyərli tərəfdaşlarımız və investorlarımız üçün ümidverici perspektivlər vəd edir".

Öz növbəsində, “Silk Way Alat Free Economic Zone” şirkətinin baş direktoru Cavad Dbila da layihənin əhəmiyyətindən bəhs edərək yeni yük hava limanının Ələt Azad İqtisadi Zonasının əsas dayağı olacağını və Azərbaycanın logistika və nəqliyyat infrastrukturunun imkanları ilə bağlı hədəfləri reallaşdıracağını qeyd edib: “Rəsmi “Silk Way” qurumu olaraq dayanıqlı təcrübələrin və müasir infrastrukturun inteqrasiyasına, nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşların cəlb edilməsinə və Azərbaycanın tranzit logistika mərkəzi kimi rolunun gücləndirilməsinə diqqət yetiririk. Bu layihənin regionumuzun iqtisadi mənzərəsinə təsirini və yaradacağı imkanları görməyi səbirsizliklə gözləyirik".

“TKH Airport Solutions” şirkətinin baş direktoru Erik Velderman isə “Silk Way” tərəfindən yeni CAT III kateqoriyalı yük hava limanı üçün “TKH Airport Solutions” və CEDD Aerodrom İşıqlandırma texnologiyasına üstünlük verilməsindən məmnunluğunu ifadə edib: “Qabaqcıl aşağı voltajlı CEDD texnologiyamız hava limanı üçün mühüm enerji qənaətini təmin edir və hava limanı əməliyyatlarının davamlı transformasiyasını dəstəkləyir. Hava yükdaşımalarının ətraf mühitə təsirinin azaldılmasına töhfə verməyi səbirsizliklə gözləyirik”.

“Silk Way Group”

2006-cı ildə yaradılmış Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli “Silk Way Group” aviasiya yükdaşımaları üzrə aparıcı Azərbaycan konqlomeratıdır. 2019-cu ildə qrup fəaliyyətini təkmilləşdirərək əməliyyatlarını əsas üç törəmə müəssisəsinə yönəltdi: çoxyönlü yükdaşımalar təklif edən “Silk Way Airlines”, qlobal yükdaşımalar üzrə uçuşlar həyata keçirən “Silk Way West Airlines” və təyyarələrin təmir və texniki xidmətini təmin edən “Silk Way Technics”. Dünya üzrə 1700-dən artıq mütəxəssisin çalışdığı bu şirkətlər Azərbaycan iqtisadiyyatına böyük töhfə verir.

CEDD Aerodrom İşıqlandırma Sistemi

LED üçün nəzərdə tutulmuş CEDD ağıllı, təhlükəsiz və dayanıqlı aerodrom işıqlandırma sistemidir. Enerji və məlumat ötürülməsi tək bir kabel vasitəsilə həyata keçirilir. İşıqlandırma qurğuları induksiya yolu ilə enerji və məlumat alır ki, bu da sahədə transformator və qoşuculara ehtiyacı aradan qaldırır. Lampalar elektrik təması olmadan asanlıqla və təhlükəsiz şəkildə quraşdırıla və ya dəyişdirilə bilər.

CEDD lampaları fərdi qaydada idarə oluna bildiyi üçün aerodrom işıqlandırmasının idarə olunmasında daha böyük çeviklik təmin edir. Bu, sistemi “Yaşıl işıqları izlə” tipli tətbiqlər üçün xüsusilə uyğun edir. Adi LED AGL sistemləri ilə müqayisədə 70%-dək az enerji sərf edən CEDD aerodromun ətraf mühitə təsirini azaldır.

“TKH Airport Solutions”

“TKH Airport Solutions” ağıllı aerodrom işıqlandırma (AGL) sistemlərini inkişaf və istehsal edir. Şirkət AGL və rabitə texnologiyaları sahəsində uzunmüddətli və uğurlu inkişaf ənənəsindən əldə etdiyi təcrübəyə əsaslanır. “TKH Airport Solutions” mövcud LED işıqlandırma məhsul çeşidinə yeni CEDD AGL texnologiyasını əlavə edib. Bu ağıllı və davamlı həll AGL infrastrukturunun səmərəliliyini, təhlükəsizliyini və etibarlılığını artırır. CEDD AGL sistemi ilə şirkət müasir hava limanı ehtiyaclarını yeni uçuş-enmə zolağı işıqlandırma texnologiyaları ilə təbii şəkildə inteqrasiya edir. “TKH Airport Solutions” Niderlandın “TKH Group NV” qrupuna aid şirkətlərdən biridir. Şirkət “TKH Group”-un bir hissəsi olaraq ağıllı rabitə, enerji paylanması və AGL sahəsində 90 ildən artıq təcrübədən istifadə edir. “TKH Airport Solutions” haqqında daha ətraflı məlumat üçün www.tkh-airportsolutions.com səhifəsinə daxil olun.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Noyabr 2024 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri