Icma.az
close
up
RU
Silk Way West Airlines CargoAi vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Silk Way West Airlines CargoAi vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Silk Way West Airlines CargoAi ilə tərəfdaşlıq çərçivəsində rəqəmsal bronlaşdırma imkanlarını genişləndirərək 30 000-dən artıq ekspeditora ABŞ, Avropa və Asiyanın əsas bazarlarında mövcud yükdaşıma həcmləri və aktual tariflər barədə məlumatlara, eləcə də elektron bronlaşdırma xidmətlərinə rahat onlayn çıxış imkanı yaradır.

2026-cı ildə Şanxayda keçirilən Air Cargo China sərgisində elan olunmuş rəqəmsal tərəfdaşlığın növbəti mərhələsində CargoMART vasitəsilə standart yüklərin, litium batareyalarının və təhlükəli yüklərin bronlaşdırılması, həmçinin CargoCONNECT vasitəsilə aparıcı nəqliyyatın idarə edilməsi sistemləri ilə birbaşa inteqrasiya imkanı yaradılıb. Bu, proseslərin şəffaflığını artırır, avtomatlaşdırma imkanlarını genişləndirir və aviaşirkətin bütün marşrut şəbəkəsi üzrə müxtəlif rəqəmsal bronlaşdırma platformaları vasitəsilə xidmətlərə çıxışı asanlaşdırır.

Əməkdaşlığın yeni mərhələsi Silk Way West Airlines-ın rəqəmsal transformasiyasının davamını əks etdirir və aviaşirkətin xidmətlərini və yükdaşıma imkanlarını dünya üzrə ekspeditorların istifadə etdiyi rəqəmsal platformalarda daha əlçatan etməyə yönəlmiş strategiyasının tərkib hissəsidir. İlkin tərəfdaşlıq sazişi tarif məlumatlarının daha şəffaf təqdim edilməsi və rəqəmsal bronlaşdırma imkanlarının gələcək inkişafı üçün zəmin yaratmışdı. Bu inteqrasiyanın növbəti mərhələsi həmin çərçivə əsasında müştərilər üçün rəqəmsal satış və bronlaşdırma imkanlarını daha da genişləndirir.

CargoAi ekosistemi vasitəsilə ekspeditorlar Silk Way West Airlines-ın mövcud yükdaşıma həcmləri haqqında məlumatı müxtəlif rəqəmsal platformalardan əldə edə bilirlər. Bu isə tariflərin axtarışı, mövcud daşınma variantlarının seçilməsi və bronların idarə edilməsi zamanı daha geniş seçim və çeviklik yaradır. CargoMART və CargoCONNECT vasitəsilə yaradılan bağlantı məlumatların əlçatanlığını və şəffaflığını artırmağa, prosesləri avtomatlaşdırmağa, eyni zamanda müştərilər üçün daha sürətli və rahat xidmət təcrübəsini təmin etməyə yönəlib.

"Rəqəmsal satış imkanlarımızın genişləndirilməsi müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində atdığımız mühüm addımlardan biridir", - deyə Silk Way West Airlines-ın prezidenti Volfqanq Mayer bildirib. "CargoAi ilə tərəfdaşlığımız sayəsində ekspeditorlar artıq gündəlik istifadə etdikləri rəqəmsal alətlər vasitəsilə yükdaşıma həcmlərimizə, tariflərimizə və xidmətlərimizə daha rahat çıxış əldə edirlər. Təkliflərimizi daha əlçatan etməklə və bronlaşdırma prosesini sadələşdirməklə, müştəri təcrübəsini yaxşılaşdırır, eyni zamanda qlobal şəbəkəmizin rəqəmsal imkanlarını inkişaf etdirməyə davam edirik. "

"Silk Way West Airlines ilə tərəfdaşlığımızı inkişaf etdirməyə davam etməkdən məmnunuq", - deyə CargoAi-yın təsisçisi və baş icraçı direktoru Matye Peto bildirib. "Silk Way West Airlines-ın genişgövdəli yük təyyarələri parkı və qlobal marşrut şəbəkəsinin CargoAi-yın rəqəmsal ekosisteminə inteqrasiyası ekspeditorlar üçün müxtəlif rəqəmsal bronlaşdırma platformaları üzərindən yükdaşıma imkanları və tariflər haqqında məlumatlara çıxışı asanlaşdırır. Tərəfdaşlığın bu yeni mərhələsi ekspeditorların Silk Way West Airlines ilə əməkdaşlıq imkanlarını genişləndirir və aviaşirkətin rəqəmsal inkişafına töhfə verir".

Rəqəmsal satış kanallarının davamlı inkişafı müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, yükdaşıma imkanlarına çıxışın genişləndirilməsinə və aviaşirkətin qlobal fəaliyyəti çərçivəsində innovativ həllərin tətbiqinə töhfə verir.

Silk Way West Airlines haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan Silk Way West Airlines 2030-cu ilə qədər donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi planlaşdırır.

Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.

CargoAi haqqında

CargoAi hava yükdaşımaları sahəsində süni intellekt üzrə ixtisaslaşmış aparıcı şirkət və innovativ həllər vasitəsilə yükdaşıma ekosisteminin inkişafına və inteqrasiyasına töhfə verən, sektorun ən sürətlə inkişaf edən rəqəmsal platformalarından biridir. Sənaye ekspertləri tərəfindən idarə olunan şirkət satınalma, bronlaşdırma, inteqrasiya, ödəniş və dayanıqlı inkişaf proseslərini sadələşdirmək üçün nəzərdə tutulmuş kompleks rəqəmsal həllər ekosistemi təqdim edir.

CargoAi qabaqcıl texnoloji standartları, həllərin effektiv tətbiqi imkanlarını və yükdaşıma sektorunun rəqəmsal transformasiyasına dair kompleks yanaşmanı bir araya gətirir. Şirkətin ekosistemi aviaşirkətlərə və ekspeditorlara müxtəlif platforma və sistemlər vasitəsilə tariflərə, elektron bronlaşdırma xidmətlərinə, yüklərin izlənilməsinə və rəqəmsal əməkdaşlıq alətlərinə çıxış imkanı verir.

Aviaşirkətlər, ekspeditorlar, yerüstü xidmət operatorları və hava limanları ilə real vaxt rejimində məlumat mübadiləsini təmin edən geniş bağlantı şəbəkəsinə əsaslanan CargoAi kommersiya təkliflərinin hazırlanması, bronlaşdırma və yük daşımalarının idarə edilməsi proseslərini avtomatlaşdırmaq üçün süni intellekt əsaslı alətlərdən və intellektual agentlərdən istifadə edir.

CargoWALLET vasitəsilə CargoAi həmçinin yükdaşıma sektoru üçün 150-dən çox ölkədə və 47 valyutada təhlükəsiz və ani qlobal ödənişləri sürətləndirməyə imkan verən qabaqcıl rəqəmsal ödəniş həlli təqdim edir.

2026-cı ildə CargoAi üç nüfuzlu sənaye mükafatına layiq görülüb: Air Cargo Week tərəfindən Solution Provider of the Year, Best Air Cargo Technology Ecosystem 2026 və Air Cargo Digital Transformation Leader Award 2026. Bu mükafatlar şirkətin liderliyini, davamlı innovasiya fəaliyyətini və qlobal hava yükdaşımaları sənayesinin rəqəmsal transformasiyasına verdiyi mühüm töhfəni təsdiqləyir.

CargoAi həmçinin hava yükdaşımaları sənayesində rəqəmsal transformasiya üçün vahid həll platforması yaratmağı qarşısına məqsəd qoyan CargoTech-in üzvüdür. Baş ofisi Sinqapurda yerləşən CargoAi-yın komandaları bütün qitələrdə fəaliyyət göstərir.

Ətraflı məlumat üçün: www.cargoai.co

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Oktyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri