Icma.az
close
up
RU
Silk Way West Airlines ən böyük vergi ödəyicisi mükafatına layiq görülüb

Silk Way West Airlines ən böyük vergi ödəyicisi mükafatına layiq görülüb

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Xəzər və Mərkəzi Asiya regionunun hava yolu ilə aparıcı yükdaşıma şirkəti olan Silk Way West Airlines ölkə iqtisadiyyatının şaxələndirilməsi və maliyyə sabitliyindəki mühüm roluna görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeyri-neft sektoru üzrə ölkənin ən böyük vergi ödəyicisi kimi təltif edilib. Silk Way West Airlines şirkətinin ölkənin iqtisadi artımı, maliyyə şəffaflığı və vergi qanunvericiliyinə uyğun fəaliyyət öhdəliklərinə sadiqliyi yüksək qiymətləndirilib.

Hava yolu ilə aparıcı beynəlxalq yükdaşıma şirkəti olan Silk Way West Airlines  Azərbaycanda aviasiya sahəsi və logistika sektorunun inkişafında əhəmiyyətli rol oynayıb. Vergi öhdəliklərini davamlı olaraq yüksək səviyyədə yerinə yetirən Silk Way West Airlines dövlət büdcəsinin sabitliyinin gücləndirilməsi və bir sıra milli iqtisadi təşəbbüslərin dəstəklənməsi ilə ölkənin fiskal dayanıqlılığına töhfə verib. Aviaşirkətin beynəlxalq maliyyə və vergi standartlarını əldə rəhbər tutması onun uzunmüddətli inkişaf və dayanıqlı iqtisadi təsirə olan strateji yanaşmasını əks etdirir.

Silk Way West Airlines şirkətinin töhfələri aviasiya sahəsinin hüdudlarını aşaraq bilavasitə Azərbaycanın makroiqtisadi göstəricilərinə təsir göstərir. Şirkətin vergi ödəmələri iqtisadiyyatın şaxələndirilməsi üzrə strateji məqsədlərə uyğunlaşaraq vacib infrastrukturun genişləndirilməsi, məşğulluğun artırılması və qeyri-neft sənayesinin inkişafına dəstək verib. Nəqliyyat və logistika sektorunda xüsusi çəkisi olan Silk Way West Airlines ticarət həcminin artmasını təmin edib, Azərbaycanın qlobal logistika mərkəzi kimi mövqeyini möhkəmləndirib və beynəlxalq iqtisadi tərəfdaşlıqları gücləndirib.

Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer qeyd edib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi və şəffaflığın təşviqi naminə həyata keçirilən islahatlar ölkənin iqtisadi mühitinə müsbət təsir göstərərək aviasiya və hava yolu ilə yükdaşımalar kimi sahələrin inkişaf etməsinə şərait yaradıb: "Bu nailiyyət bizim korporativ məsuliyyətə, iqtisadi artıma və dayanıqlı inkişafa sadiqliyimizdən xəbər verir. Ölkənin qeyri-neft sektoru üzrə aparıcı vergi ödəyicisi kimi tanınmaqdan böyük qürur duyuruq. Azərbaycanın inkişaf etməsinə töhfə verməyə davam edəcəyik".

Fəaliyyətini genişləndirməyə davam edən Silk Way West Airlines ən yüksək maliyyə idarəetmə standartlarının dəstəklənməsinə sadiq qalaraq Azərbaycanın iqtisadi tərəqqisini təmin edən aparıcı qüvvə kimi öz mövqeyini gücləndirməyə davam edir. Şirkətin fəaliyyətinə verilən bu qiymət ölkənin maliyyə sabitliyini və sənaye inkişafının gücləndirilməsində etibarlı tərəfdaş kimi onun mövqeyini daha da möhkəmləndirir.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli 12 müasir "Boeing 777F", "Boeing 747-8F" və "Boeing 747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. 

Dayanıqlılıq və səmərəlilik öhdəliyinə uyğun olaraq, Silk Way West Airlines qlobal logistika tələblərinə daha yaxşı cavab vermək məqsədilə dörd "Boeing 777F", iki "Boeing 777-8F" və iki "Airbus A350F" daxil olmaqla öz donanmasını 2030-cu ilədək səkkiz yeni ən müasir təyyarə ilə yeniləməyi planlaşdırır.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Avropa, MDB ölkələri, Yaxın Şərq, Asiya və Amerika qitəsi üzrə 40-dan çox istiqaməti əhatə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Mart 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri