Icma.az
close
up
RU
Silk Way West Airlines ISO 14001 ətraf mühit sertifikatı ilə təltif edilib

Silk Way West Airlines ISO 14001 ətraf mühit sertifikatı ilə təltif edilib

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Silk Way West Airlines şirkəti Britaniya Standartlar İnstitutu (BSI) tərəfindən ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi (EMS) sertifikatına layiq görülüb. Bu, aviaşirkətin ətraf mühitin qorunması məsuliyyəti istiqamətində atdığı əhəmiyyətli addımların göstəricisidir.

Beynəlxalq səviyyədə tanınan sertifikat, aviaşirkətin təkmilləşdirilmiş resurs səmərəliliyi, çirklənməyə nəzarət və iqlim əhəmiyyətli əməliyyatlar vasitəsilə ətraf mühitə təsirini azaltmaq öhdəliyini təsdiq edir.

"Bu nailiyyət bizim işgüzar nüfuzumuzu artırır və müştərilərimiz, tərəfdaşlarımız və tənzimləyicilərimizlə güclü, etimada əsaslanan əlaqələr qurmaq öhdəliyimizi əks etdirir", - deyə Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer qeyd edib.

ISO 14001 standartlarının icrası Silk Way West Airlines şirkətinin tənzimləyici standartlara cavab vermək, əməliyyat səmərəliliyini artırmaq və daxili dayanıqlılıq mədəniyyətini tətbiq etmək qabiliyyətini gücləndirir.

Əldə edilmiş nailiyyət əsasında daxili dayanıqlılıq proqramlarını tətbiq etmək, əməkdaşları təlimlərə cəlb etmək və ISO 50001 enerjinin idarə edilməsi sertifikatı kimi əlavə sertifikatlar qazanmaqla, həmçinin GRI kimi qlobal hesabat platformalarında iştirak etməklə aviaşirkət özünün ekoloji strategiyasını inkişaf etdirməyi planlaşdırır.

Əsası 2012-ci ildə İpək Yolunun qəlbi olan Bakıda qoyulmuş Silk Way West Airlines, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən Boeing 777F, 747-8F və 747-400F təyyarələrindən ibarət donanması ilə hər ay dünyanın müxtəlif istiqamətlərinə yüzlərlə uçuş həyata keçirir.

Dayanıqlılıq və səmərəliliyə sadiq olan Silk Way West Airlines qlobal logistika tələblərinə daha yaxşı cavab vermək məqsədilə 2030-cu ilədək donanmasını ən müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi planlaşdırır.

Aviaşirkət illik 500 min tondan artıq yük dövriyyəsi ilə Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerikada 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Sentyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri