Icma.az
close
up
RU
Şimal Cənub dəhlizi Cənubi Qafqazda yeni əməkdaşlıq formatı yaradır RƏY

Şimal Cənub dəhlizi Cənubi Qafqazda yeni əməkdaşlıq formatı yaradır RƏY

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bu gün Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilib.

Görüş barədə fikirlərini Redaktor.az-la bölüşən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, hazırda Rusiya-Azərbaycan münasibətləri normallaşıb.

Onun sözlərinə görə, Azərbaycanla İran arasında da münasibətlər sabit və konstruktiv xarakter daşıyır:

"Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin açılması istiqamətində fəal iş aparırlar. Bu çərçivədə Azərbaycan və İran nəqliyyat nazirləri, eləcə də Rusiyanın baş nazir müavini Aleksey Overçukun Bakıya səfəri zamanı keçirilən görüşlərdə əsas müzakirə mövzusu Rəşt-Astara dəmir yolunun inşası olub. Bu layihə bütövlükdə Şimal-Cənub nəqliyyat dəhlizinin tam fəaliyyətə başlaması baxımından əsas məsələ olaraq qalır. Sözügedən əməkdaşlıq Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq formatı kimi çıxış edir. Bu format həm siyasi, həm iqtisadi münasibətlərin normallaşmasına, həm də regional təhlükəsizliyin təmin olunmasına xidmət edir".

Politoloq əlavə etdi ki, bu görüş tərəflər arasında siyasi əlaqələrin sabit və praqmatik məcraya yönəlməsi üçün zəmin yaradır.

"Zəngəzur dəhlizinin açılması istiqamətində razılaşmalar və Orta Dəhlizin fəaliyyəti də bu prosesə paralel şəkildə gedir. İran və Rusiya Şimal-Cənub dəhlizinə xüsusi önəm verir və bu çərçivədə Azərbaycanla danışıqlar aparılır. Danışıqların müsbət məcrada davam etməsi də tərəflərin razılığa meyilli olduğunu göstərir.

Şimal-Cənub nəqliyyat dəhlizi həm də Xəzər dənizi ilə bağlı məsələləri gündəmə gətirir. Üçtərəfli görüş çərçivəsində bu məsələlər də müzakirə olunur. Transxəzər layihəsinə İran və Rusiya bəzi çətinliklər yaratsa da, Azərbaycan bu formatda hər iki tərəflə uğurlu dialoq quraraq razılıq əldə edə bilir", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri