Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

ATƏT in Cənubi Qafqazda yeni əməkdaşlıq platforması

ATƏT in Cənubi Qafqazda yeni əməkdaşlıq platforması

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçrənin Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassisin Azərbaycana ilk rəsmi səfəri Cənubi Qafqazda dəyişən təhlükəsizlik arxitekturası fonunda xüsusi əhəmiyyət daşıyır. İqnazio Kassisin səfər zamanı verdiyi mesajlar göstərir ki, ATƏT regiona əvvəlki yanaşmasını yenidən nəzərdən keçirməyə başlayır və təşkilatın fəaliyyəti münaqişələrin idarə edilməsindən daha çox əməkdaşlıq platformalarının formalaşdırılmasına doğru transformasiya olunur. Əgər əvvəlki üç onillik ərzində Cənubi Qafqaz “dondurulmuş münaqişə” modeli ilə xarakterizə olunurdusa, hazırda postmünaqişə mərhələsinə keçərək yeni geosiyasi məntiq əsasında inkişafa başlayıb.

Əslində, Qarabağ münaqişəsi uzun illər Cənubi Qafqazın beynəlxalq siyasi identikliyini müəyyən edən əsas amil idi. Region beynəlxalq təşkilatlar, böyük güclər və təhlükəsizlik institutları tərəfindən daha çox münaqişə və böhran coğrafiyası kimi qəbul olunurdu. ATƏT, Avropa İttifaqı, BMT və digər beynəlxalq aktorların siyasəti də əsasən münaqişənin idarə olunması, eskalasiyanın qarşısının alınması və vasitəçilik mexanizmlərinin saxlanılması üzərində qurulmuşdu. Xüsusilə ATƏT üçün Qarabağ münaqişəsi təşkilatın Cənubi Qafqazdakı fəaliyyətinin əsas legitimlik mənbəyi idi. 1992-ci ildə yaradılmış Minsk prosesi və daha sonra formalaşan Minsk qrupu təşkilatın region siyasətinin institusional əsasını təşkil edirdi. Uzun illər ərzində ATƏT-in Cənubi Qafqazdakı siyasi çəkisi, diplomatik fəallığı və beynəlxalq nüfuzu məhz bu vasitəçilik mandatı ilə ölçülürdü. Başqa sözlə, təşkilatın regiondakı institusional mövcudluğu, demək olar ki, tamamilə Qarabağ münaqişəsinin mövcudluğu ilə şərtlənirdi.

2020–2023-cü illərdə baş verən hadisələr bu institusional modeli kökündən dəyişdirdi. Münaqişənin hərbi-siyasi mərhələsinin başa çatması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam bərpa etməsi və regionda yeni status-kvonun formalaşması nəticəsində ATƏT-in əvvəlki fəaliyyət konsepsiyası funksional əsasını itirdi. Bunun ən mühüm siyasi göstəricilərindən biri 2025-ci il 1 dekabr tarixində ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi şəkildə dayandırılması oldu. Həmin mərhələdən sonra ATƏT qarşısında tamamilə yeni strateji sual meydana çıxdı: artıq mövcud olmayan bir münaqişə üzərində legitimlik qazanan təşkilat öz regional rolunu hansı əsaslar üzərində yenidən qura bilər? Məhz bu kontekstdə İsveçrənin ATƏT-ə sədrliyi dövründə müşahidə olunan yeni yanaşma diqqəti cəlb edir. İqnazio Kassisin Bakıdan verdiyi mesajlarda “dialoq”, “sabitlik”, “rifah”, “innovasiya”, “ticarət” və “iqtisadi əməkdaşlıq” anlayışlarının ön plana çıxarılması göstərir ki, təşkilat regiona artıq təhlükəsizlik böhranı prizmasından deyil, əməkdaşlıq imkanları prizmasından yanaşmağa başlayır.

Əslində, formalaşmaqda olan bu yeni yanaşma ATƏT-in institusional fəlsəfəsi üçün tamamilə yeni hesab edilə bilməz. Təşkilatın ideoloji və normativ əsaslarını təşkil edən 1975-ci il Helsinki Yekun Aktı təhlükəsizlik anlayışını heç vaxt yalnız hərbi-siyasi müstəvi ilə məhdudlaşdırmayıb. Helsinki prosesi Avropada təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək onu üç qarşılıqlı əlaqəli ölçü üzərində qurmuşdu: hərbi-siyasi təhlükəsizlik, iqtisadi və ekoloji əməkdaşlıq, insan hüquqları və humanitar əlaqələr. Sonradan ATƏT-in fəaliyyətində “üç səbət” kimi tanınan bu konsepsiya təşkilatın digər beynəlxalq təhlükəsizlik institutlarından fərqlənən əsas xüsusiyyətinə çevrildi.

* * *

Cənubi Qafqazda Qarabağ münaqişəsinin təxminən otuz il ərzində regional gündəliyə dominantlıq etməsi ATƏT-in bu çoxölçülü təhlükəsizlik konsepsiyasının tam reallaşmasına imkan vermədi. Məhz buna görə postmünaqişə mərhələsi ATƏT üçün yeni imkanlar dövrüdür. Qarabağ müharibəsinin başa çatması təşkilata öz fəaliyyətini ilkin Helsinki fəlsəfəsinə uyğun şəkildə yenidən balanslaşdırmaq imkanı yaradır. Başqa sözlə, ATƏT regiona artıq təhlükəsizlik, iqtisadi inteqrasiya, enerji əməkdaşlığı, nəqliyyat bağlantıları, rəqəmsal transformasiya, iqlim dayanıqlılığı və insan təhlükəsizliyi kimi bir-birini tamamlayan komponentlər əsasında yanaşa bilər. İsveçrənin bu prosesdə oynadığı rol da ayrıca diqqətə layiqdir. Neytrallıq siyasəti, vasitəçilik ənənəsi və çoxtərəfli diplomatiyadakı nüfuzu Bernə ATƏT daxilində xüsusi etimad qazandırır.

Diqqətçəkən məqamlardan biri İqnazio Kassisin Azərbaycanın “Şərqlə Qərb arasında körpü” rolunu xüsusi vurğulamasıdır. Belə bir yanaşma Avrasiyada dəyişən geoiqtisadi reallıqların və beynəlxalq ticarət marşrutlarının yenidən formalaşmasının İsveçrə və ATƏT səviyyəsində qəbul edilməsinin göstəricisidir. Əgər əvvəlki onilliklərdə Azərbaycan daha çox enerji ixracatçısı kimi qiymətləndirilirdisə, hazırda ölkə Avrasiyanın əsas tranzit, logistika və strateji bağlantı mərkəzlərindən biri kimi qəbul olunur.

Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Avropa ilə Asiya arasında ənənəvi nəqliyyat marşrutlarının geosiyasi risklərinin artması Orta Dəhlizin strateji əhəmiyyətini nəzərəçarpacaq dərəcədə yüksəldib. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq Avropa İttifaqının iqtisadi təhlükəsizliyi, təchizat zəncirlərinin şaxələndirilməsi və Avrasiyada alternativ bağlantı siyasətinin əsas elementlərindən birinə çevrilməkdədir. Azərbaycan isə bu marşrutun coğrafi iştirakçısı olmaqdan daha çox onun siyasi sabitliyini, institusional koordinasiyasını və infrastruktur dayanıqlılığını təmin edən aparıcı aktora çevrilib. Bakı artıq Avrasiya iqtisadi inteqrasiyasının əsas geosiyasi qovşaqlarından biri kimi qəbul edilir.

Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin yeni arxitekturasında Cənub Qaz Dəhlizi, “yaşıl enerji” ixracı layihələri, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın enerji resurslarının Qərb bazarlarına çıxarılması perspektivləri və rəqəmsal bağlantı layihələri ölkənin geoiqtisadi çəkisini daha da artırır.

İqnazio Kassisin çıxışında təhlükəsizlik məsələləri ilə yanaşı ticarət, innovasiya və iqtisadi əməkdaşlığın xüsusi yer tutması ATƏT-in Cənubi Qafqaza münasibətdə konseptual transformasiyasının ilk açıq siyasi siqnallarından biri kimi qiymətləndirilə bilər. Yeni geosiyasi reallıqlar göstərir ki, davamlı sabitliyin təmin olunması dövlətlər arasında qarşılıqlı iqtisadi asılılığın, nəqliyyat bağlantılarının, investisiya axınlarının və texnoloji əməkdaşlığın genişləndirilməsi ilə mümkün hesab edilir.

ATƏT sədrinin Bakını regional diplomatik turunun ilk dayanacağı seçməsi və buradan Türkmənistana yollanacağını açıqlaması Xəzər hövzəsini vahid geosiyasi və geoiqtisadi məkan kimi qəbul edən yeni strateji baxışın ifadəsidir. Aİ-nin Qlobal qapı təşəbbüsü, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi, Mərkəzi Asiya üzrə yenilənmiş Avropa strategiyası, eləcə də Çinlə Avropa arasında alternativ yük dəhlizlərinin inkişafı eyni strateji məntiqə əsaslanır. Son illərdə Trans-Xəzər yükdaşımalarının artması, yaşıl enerji layihələrinin gündəmə gəlməsi, rəqəmsal kabel infrastrukturu, limanların modernləşdirilməsi və Orta Dəhlizin institusional inkişafı Xəzər regionunu vahid iqtisadi platformaya çevirməkdədir. Kassisin səfər ardıcıllığı məhz bu inteqrasiya prosesinin siyasi və diplomatik səviyyədə də dəstəkləndiyini göstərir.

Yekunda onu da qeyd edək ki, əgər son otuz il ərzində təşkilatın regional identikliyi Minsk qrupu və vasitəçilik missiyası ilə müəyyənləşirdisə, postmünaqişə dövründə bu identiklik iqtisadi bağlantılar, regional inteqrasiya və funksional əməkdaşlıq üzərində yenidən qurulur. Təşkilatın gələcək uğuru isə keçmiş münaqişə mərkəzli gündəmdən nə dərəcədə uzaqlaşaraq Avrasiyanın dəyişən geoiqtisadi reallıqlarına uyğun çevik və funksional əməkdaşlıq platforması formalaşdıra bilməsindən asılı olacaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri