Icma.az
close
up
RU
Şimal Cənub Nəqliyyat Dəhlizi ölkəmizi İranla daha da yaxınlaşdırır

Şimal Cənub Nəqliyyat Dəhlizi ölkəmizi İranla daha da yaxınlaşdırır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu marşrutda son illərdə daşımalar 8 dəfə, ötən il isə 28 faiz artıbNəvaidə

Prezident İlham Əliyevin “Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər indiyədək 8 kilometrdən çox yeni yol tikilib, Astaraçay üzərində dəmir yolu körpüsü inşa olunub, İran ərazisində yaradılan yük terminalına qədər 1,4 kilometr yol çəkilib.

İlkin hesablamalara görə, ölkəmiz Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5 – 3 milyard dollara yaxın vəsait əldə edəcək. Trans – Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) ilə daşınmaların davamlı artırılması da dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevriləcək, neft sektorundan sonra nəqliyyatın respublika üçün ən mühüm sahə olduğu konkret rəqəmlərlə də öz təsdiqini tapacaq.

Azərbaycan və İran prezidentlərinin aprelin 28-də mətbuata bəyanatlarla çıxışlarında da sözügedən nəqliyyat dəhlizi barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısının nitqində qonşu ölkə rəhbərinin respublikamıza rəsmi səfəri çərçivəsində üçtərəfli əməkdaşlıq layihələrinin geniş müzakirə olunduğu, onların arasında təbii olaraq Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyəti mövzusunun geniş yer tutduğu bildirilib. Prezident İlham Əliyevin bəyanatında adıçəkilən layihənin bu təşəbbüsə tərəfdar bütün ölkələrə çox böyük səmərə gətirəcəyi, böyük fayda verəcəyi vurğulanıb, eyni zamanda, Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini gerçəkləşdirdiyi diqqətə çatdırılıb.

Azərbaycan lideri daha sonra Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinə toxunarkən hazırda artacaq yükləri nəzərə alaraq respublikamızın bu gün nəqliyyat imkanlarını və infrastrukturu genişləndirdiyini, dəniz limanı, dəmir və avtomobil nəqliyyatı istiqamətləri üzrə gözlənilən yük həcmlərini qəbul etmək, eləcə də ötürmək üçün böyük sərmayə qoyuluşu layihələrinə başladığını diqqətə çatdırıb.

Təbii ki, İran Prezidenti Məsud Pezeşkian da bəyanatında Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyəti toxunub və adıçəkilən infrastrukturun önəmini yüksək qiymətləndirib. Qonşu ölkə rəhbəri deyib: “Bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün yolları birləşdirək, maliyyə, ticarət əlaqələrimizi düzəldək, Şimal – Cənub, Şərq – Qərb nəqliyyat dəhlizlərini yaradaq. Bütün bunları qarşılıqlı dəstək sayəsində həyata keçirək. İş adamlarımız birgə istehsal proseslərini həyata keçirsinlər, birgə sərmayələr yatırsınlar, işlər qursunlar”.

İran Prezidenti sözlərinə əlavə edərək vurğulayıb ki, biz istehsal, elm, mədəniyyət, iqtisadiyyat, siyasət sahələrində birgə hərəkət etməli, digərlərinə bunları pozmağa imkan verməməliyik. Onlar aramızda ixtilaf yaratmaq istəsələr, buna yol verməyəcəyik. Bizim aramızda bizi birləşdirən çoxlu ortaq amillər, hətta ailə, qohumluq əlaqələrimiz var. Bu, elə bir məsələdir ki, heç kəs bunları poza bilməz.

Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi mövzusu Azərbaycan – İran biznes forumunun gedişində də diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin biznes-forumdakı çıxışında Azərbaycan və İranın, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak etdikləri, o cümlədən Şimal – Cənub Nəqliyyat Dəhlizi üzrə sıx əməkdaşlıq qurduqları bildirilib: “Biz istəyirik ki, bu, sadəcə, nəqliyyat dəhlizi olmasın, həm Azərbaycan, həm də İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın. Bunun üçün kifayət qədər imkanlar var. Çünki hər iki ölkənin çox böyük iqtisadi potensialı var, hər iki ölkədə sahibkarlar sinfi kifayət qədər fəaldır. Sadəcə olaraq, biz gərək iş adamlarımızı bir araya gətirək, necə ki, bu gün biz bunu edirik”.

İran Prezidenti Məsud Pezeşkian çıxışında sözügedən beynəlxalq nəqliyyat dəhlizinin önəmini diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycan və İranın nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkələr olaraq aradakı əsas nəqliyyat dəhlizləri və marşrutlarının Şimal–Cənub, eləcə də Şərq – Qərb nəqliyyat infrastrukturu ilə həyata keçirilməsi mümkündür. Belə halda ticarətin, elmin, mövcud təcrübənin və texnologiyanın ötürülməsinə lazımi şərait yaranır.

Prezident Məsud Pezeşkian ölkələrimiz arasında nəqliyyat bağlantısının inkişafı haqqında bəhs edərkən çox maraqlı və həssas bir məqamı da dilə gətirib: “Bizim bir çox qonşu ölkələrin rəhbərləri ilə görüşlərimdə həmişə belə bir ideyanı qaldırmışam və bu, hətta tələbəlik illərimdə də daim beynimdə olub ki, niyə biz birlikdə bir qatara minərək Pakistandan İrana, Azərbaycana, Türkiyəyə, İraqa, Ərəbistana səfər etməyək. Axı, bir-birimizlə bu əlaqələri rahat şəkildə yaratmaq üçün nə problem var ki...”.

Qeyd edək ki, 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanan müqavilə ilə fəaliyyətinə start verilən Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə Azərbaycan Respublikası 2005-ci ildən qoşulub. Rusiya və Azərbaycanın səmərəli əməkdaşlığı, ikitərəfli iqtisadi münasibətlərin dinamik inkişafı istiqamətində önəmli rol oynayan, Qərbi Avropanı Asiya ilə birləşdirən bu dəhliz ilə daşımaların artırılması, dəhliz boyunca infrastruktur təminatının təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və digər məsələlər hər iki ölkənin prioritetlərində daim yüksək dəyərləndirilib.

Bu layihənin uğurla reallaşması nəticəsində 2022-ci ilədək yükdaşımaların həcmi 8 dəfə artıb. 2023-cü ildə dəhliz üzrə 9,3 milyon ton yük daşınıb və yük dövriyyəsi 2,5 milyon ton/kilometr təşkil edib. Keçən il isə adıçəkilən dəhlizlə Azərbaycan ərazisindən 814 min ton (əvvəlki illə müqayisədə 28 faiz çox) tranzit yük daşınıb. Ümumiyyətlə, Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bütün region dövlətləri, o cümlədən qonşu İran üçün də mühüm önəm daşıyır. Bu baxımdan təkcə Rəşt–Astara dəmir yolu həm Rusiya, həm Azərbaycan, həm də İran üçün çox əhəmiyyətlidir.

Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xəttinin davamı olan Rəşt–Astara xətti İran, Azərbaycan və Rusiyanın dəmir yolu sistemlərini birləşdirəcək. Avropa və Rusiyadan Hindistana və digər Cənub Şərqi Asiya ölkələrinə yüklər məhz bu yolla daşınacaq. Yüklərin əks istiqamətə də bu yolla daşınması neft ixracatçısı olan Rusiya, İran və Azərbaycanın qeyri-neft sektorunun inkişafına təkan verəcək, bu ölkələr logistika mərkəzinə çevriləcək və büdcəyə əlavə valyuta axını təmin olunacaq.

Planlaşdırılmaya əsasən, mühüm önəm daşıyan bu polad magistral Qəzvin – Rəşt-Ənzəli – Astara marşrutu ilə Azərbaycanın dəmir yolu xəttinə qoşulacaq. Bununla da Şimal – Cənub Nəqliyyat Dəhlizi beynəlxalq əhəmiyyətli dəmir yoluna çevriləcək. Çünki İran dəmir yolu xəttinin sözügedən marşrut ilə Azərbaycana birləşməsi ilə Hindistandan Avropanın Helsinki limanınadək olan 5 min 200 kilometrlik dəmir yolu xətti yaranacaq. Bu, təbii ki, beynəlxalq dəmir yolu xətti sayılacaq. Bu birləşmə ilə yüklərin daşınma müddəti 45 gündən 20 günədək azalacaq, məsafə isə, təxminən, 3 min kilometr qısalacaq.

Proqnozlara əsasən, layihənin yalnız birinci mərhələsinin başa çatması İranla Azərbaycan arasında yük daşımalarının 10 dəfəyədək artımını təmin edəcək. Bundan başqa, iki ölkənin dəmir yollarının birləşdirilməsilə mal mübadiləsinin həcmi ildə 5 milyon tonadək artacaq.

...Hələ illər öncə “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik”, – deyən dövlət başçısının uzaqgörən, müdrik siyasəti bu gün öz bəhrəsini verməkdədir. Artıq Azərbaycan nəqliyyat – tranzit – logistika xidmətləri ilə nəinki regionun, eləcə də Avropanın aparıcı dövlətinə çevrilir və bu istiqamətdə Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi xüsusi önəm daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see262

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see165

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see145

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see138

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see130

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see116

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see115

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see115

Müsəlman xilafətinin mərkəzi şəhəri: Roma, ərəb və Avropa mədəniyyətlərinin heyrətamiz qarışığı

21 Sentyabr 2025 13:13see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri