Icma.az
close
up
RU
Şimal Cənub nəqliyyat dəhlizi təhlükə altındadır

Şimal Cənub nəqliyyat dəhlizi təhlükə altındadır

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Hindistanın baş naziri Narendra Modinin Ağ Evdə ABŞ Prezidenti Donald Trampla müzakirə edəcəyi xeyli mövzu var. Birincisi, Dehli Trampın “rüsum artırma” əməliyyatının Hindistana tətbiq edilməsini istəmir. Hindistan hökuməti bu məqsədlə ABŞ məhsullarına rüsumları azaldıb. Bu, Ağ Ev sahibini Hindistan məhsullarına rüsumların artırılmasından çəkindirməlidir. İkincisi, Dehli Vaşinqtonla hərbi əməkdaşlığı genişləndirmək istəyir. Hindistan ABŞ-dan qırıcı təyyarələr və pilotsuz uçuş aparatları almağa çalışır. Narendra Modi ABŞ-a səfəri zamanı bu məsələləri həll etməlidir. Bundan başqa, Vaşinqtonda kibertəhlükəsizlik məsələlərində iki ölkə arasında əməkdaşlıq mövzusu da müzakirə olunacaq.  

Bunu Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

"ABŞ-ın keçmiş Prezidenti Co Bayden Hindistanla münasibətlərdə hərbi əməkdaşlığa üstünlük verirdi. Tramp bu siyasətə sadiq qalmağa və Hindistana hərbi texnika satmağa hazırdır. Ancaq Ağ Evin hazırki sahibi Hindistanla münasibətlərdə iqtisadi səmərələlik amilinə də diqqət yetirəcək. Tramp ölkəsinin Hindistandan aldığı məhsullar qədər bu ölkəyə satışı da artırmaq istəyir. Bu Trampın siyasətində ana istiqamətdir. Tramp üçün ABŞ-dakı qanunsuz miqrantların evlərinə qaytarılması da vacib məsələdir. Hindistan üçün bu o qədər təhlükəli deyil. 1 milyard 400 milyon əhalisi olan Hindistanın ABŞ-da elə çox qanunsuz vətəndaşı yoxdur. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-da 18 min qanunsuz hindli miqrant müəyyənləşdirilib. Bununla yanaşı,  Donald Tramp Hindistandan yüksək təhsilə malik hindliləri qəbul etməyə hazır olduğunu bildirib. ABŞ-da yüksək texnologiyalar sahəsində çalışanların sayına görə, hindlilər ilk sıralardadır. Onlar viza alaraq ABŞ-da qanuni əsasda çalışırlar.

Vaşinqton eyni zamanda Hindistanın Rusiya və İranla əməkdaşlığını diqqətdə saxlayır. Vaşinqton Dehlinin Ukraynada işğalçı müharibə aparan Rusiya ilə sıx əməkdaşlığının əleyhinədir. Bunun nəticəsidir ki, əvvəlki illərdə Rusiyadan böyük miqdarda neft alan Hindistan diqqətini ərəb ölkələrinin enerjisinə yönəldib. Rusiyanın neft daşıyan şirkətləri Hindistan limanlarına yaxınlaşa bilmirlər. Bu o deməkdir ki, Hindistanın şirkətləri ABŞ-ın sanksiyaları ilə hesablaşırlar",- o deyib.

Politoloqun sözlərinə görə, Tramp administrasiyası Hindistanın İranın Çabahar limanını işlətməsindən də narahatdır:

"Bu liman İranın Hind okeanına çıxışını təmin edir. Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizində Cabahar limanı əhəmiyyətli yerdə dayanır. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır. Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulmasının ümumi dəyəri isə 370 milyon dollardır.

Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Dehli Co Baydenin Prezidentliyi dövründə ABŞ-ın Çabahar limanının işlədilməsi ilə bağlı sanksiya qərarının ləğvinə nail olmuşdu. Çünki bu liman vasitəsilə Əfqanıstana humanitar yardımlar daşınır və bu, ABŞ-ın da maraqlarına cavab verirdi. Həmin dövrdə ABŞ silahlı qüvvələri hələ Əfqanıstan ərazisində idi. İndi isə Vaşinqtonu Əfqanıstana hurmanitar yardımın daşınması maraqlandırmır. Əgər Tramp administrasiyası bu limana yaxınlaşan gəmiləri sanksiya siyahısına əlavə edərsə, bu Hindistanın limanın işlədilməsiylə bağlı strateji və maliyyə maraqlarına zərbə olacaq. Bu vəziyyətin  “Şimal-Cənub” nəqliyyat dəhlizinə də mənfi təsiri olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri