“Şimal” futbol klubunun rəhbərindən stadion etirafı
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycanın “Şimal” futbol klubunun həmtəsisçisi və prezidenti Qılman İbrahimov Xaçmaz təmsilçisinə bölgədə münasibətlə bağlı danışıb.
İdman.Biz xəbər verir ki, klub rəhbəri “Şimal”a yerli səviyyədə kifayət qədər dəstək verilmədiyini bildirib.
“Öz adamlarımızdan danışım, mənə elə gəlir ki, həmin şəxslər klubu öz rayonunun, şəhərinin təmsilçisi kimi görə bilmir”, - deyə İbrahimov sportinfo.az-a açıqlamasında vurğulayıb.
İbrahimov komandanın rəqiblərini Xaçmazda qəbul edə bilməməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu məsələ azarkeşlər tərəfindən tez-tez sual olunur.
“Özümə dəfələrlə sual veriblər, niyə rəqiblərinizi Xaçmazda qəbul etmirsiniz? O adamlar futbolun içində olmadığı üçün reallıqdan xəbərləri yoxdur. Başa salmaq olmur ki, stadionumuzun ölçüləri standartlara cavab vermir, ot örtüyü əlverişli deyil və sair”.
Qeyd edək ki, “Şimal” pley-off oyununda “Qaradağ Lökbatan”ı 2:1 hesabı ilə məğlub edərək 2026/2027 mövsümündə də Birinci Liqada çıxış etmək hüququ qazanıb. Qarşılaşma Şamaxı şəhər stadionunda keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 08 İyun 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















