Icma.az
close
up
RU
Şimali Kipr xalqını taleyin ixtiyarına buraxmaq olmaz

Şimali Kipr xalqını taleyin ixtiyarına buraxmaq olmaz

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Şimali Kiprdə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman prezident seçkilərində qələbə qazanaraq ölkənin beşinci prezidenti olub.

Seçkidən sonra Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib ki, ŞKTC-də keçirilən seçkinin nəticələri çox aşağı fəallıqla əldə olunub. Baxçalı deyib ki, Şimali Kipr parlamenti təcili toplanmalı, seçkilərin nəticələrinin və federasiyaya qayıtmasının qəbuledilməz olduğunu bəyan etməli və Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmaq qərarına gəlməlidir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi ki, Türkiyədəki milliyyətçi dairələr, o cümlədən Dövlət Baxçalı kimi siyasətçilər, Şimali Kiprin Türkiyəyə birləşdirilməsi fikrini dəstəkləyirlər:

"Onların fikrincə, Şimali Kipr xalqını taleyin ixtiyarına buraxmaq olmaz, çünki bu, bölgədə 1960-70-ci illərdə yaşanan qətliam və təzyiqlərin təkrarlanması riskini artırar. Buna görə Türkiyə öz qarantör rolunu daha aktiv şəkildə istifadə etməli və Şimali Kipr Türk Cümhuriyyətini himayə etməlidir. Bu, birləşmə formasında və ya başqa siyasi mexanizmlərlə mümkündür. Nəticə etibarilə, hakimiyyət dəyişikliyinin ciddi sarsıntılara səbəb olacağı gözlənilmir. Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyasının bir parçası kimi fəaliyyətini davam etdirəcək. Bundan sonra isə Türk Dövlətləri Təşkilatının Şimali Kiprə daha çox dəstək verməsi və bu bölgənin türk dünyasının tamhüquqlu üzvünə çevrilməsi vacibdir. Bu proses birləşmə formasında da ola bilər və gələcək siyasi mərhələlərdə bu istiqamətdə konkret addımların atılması mümkündür".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri