Azərbaycanda Şimali Kipr günləri keçiriləcək
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
İyun ayında Azərbaycanda Şimali Kipr günləri keçiriləcək.
XQ xəbər verir ki, bu barədə Şimali Kiprin Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç bildirib.
Müşavir deyib ki, onları məqsədi Azərbaycan xalqına Şimali Kipr xalqının mədəniyyətini, tarixini, turizmini, təbiətini tanıtmaqdır:
"Azərbaycanın Baş naziri Əli Əsədovla Şimali Kiprin Baş naziri Ünal Üstelin aprelin 1-də keçirilən görüşündən sonra bizim əlaqələrimiz daha da geniş vüsət almağa başlayıb. Mədəniyyət və turizm sahəsində də çoxtərkibli əlaqələrimizi genişləndirmək hədəfimizdir. Bu məqsədlə də bizim tanınmış sənətçilərin, mədəniyyətimizi təmsil edən sürpriz qonaqların da iştirakı ilə Şimali Kipr günlərinin keçirilməsi üçün hazırlıqlarımız davam edir".
Serhan Aktunç xatırladıb ki, 2024-cü ildə də turizmlə bağlı Şimali Kipr Prezidentinin də iştirakı ilə Azərbaycanda təqdimat günləri keçirilib, budəfəki Şimali Kipr günləri isə daha geniş olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Aprel 2026 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















