Şimali Kiprdə gəminin batması ilə bağlı 8 nəfər saxlanıldı
Icma.az bildirir, Axar.az portalına istinadən.
Şimali Kipr sahillərində gəminin batması ilə bağlı aparılan istintaq çərçivəsində kapitan da daxil olmaqla, səkkiz nəfər saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel deyib.
"Axtarış və xilasetmə işləri davam edərkən, bu fəlakətin səbəbini müəyyən etmək üçün istintaq aparılır. Gəminin kapitanı və yeddi heyət üzvü saxlanılıb. Bu hadisənin hər bir aspekti araşdırılacaq. Ən kiçik bir səhlənkarlıq belə üzə çıxacaq", - deyə o bildirib.
Xatırladaq ki, avqustun 30-da ŞKTR sahillərində 267 nəfəri daşıyan bərə batıb. Faciə Girne sahillərindən təxminən dörd mil aralıda baş verib. 237 nəfər xilas edilib, 7 nəfər ölüb, 23 nəfərin axtarışları qayıq və dronlardan istifadə etməklə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 30 Avqust 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















