Şimali Koreya dünyanı hədədlədi: “İstənilən nöqtəni vurarıq Video
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şimali Koreya hakim Koreya Fəhlə Partiyasının yaranmasının 80-ci ildönümünü paytaxt Pxenyandakı Kim İr Sen meydanında keçirilən möhtəşəm hərbi paradla qeyd edib.
Ölkə.az xəbər verir ki, lider Kim Çen Inın ev sahibliyi etdiyi mərasimdə Çinin Baş naziri Li Qiang, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Vyetnam Kommunist Partiyasının baş katibi To Lam iştirak ediblər.
Mərasimdə yeni hazırlanmış “Hwasong-20” qitələrarası ballistik raketinin (ICBM), “Çonma-20” tankları, 155 millimetrlik haubitsalar və 600 millimetrlik çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə birlikdə ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.
Şimali Koreya mediası Hwasong-20-ni ölkənin "ən güclü strateji nüvə silahı sistemi" kimi xarakterizə edərkən, ekspertlər isə raketin Amerika qitəsinə çata biləcəyini bildiriblər.
Mərasimdəki çıxışında lider Kim Çen In ölkəsinin suverenliyinin yalnız “güc və zəfərlə” qorunacağını vurğulayaraq deyib: “Ordumuz siyasi, ideoloji və hərbi baxımdan yenilməz qüvvəyə çevrilməlidir”.
Mürtəza


