Şimali Koreya donanmasını genişləndirir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 24 iyun, AZƏRTAC
Şimali Koreya 2030-cu ilədək həyata keçiriləcək milli müdafiənin inkişaf planı çərçivəsində hər il iki böyük döyüş gəmisinin hazırlanmasını nəzərdə tutur.
AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin lideri Kim Çen İn yeni 5 min tonluq "Çoe Hyon" esminesinin təhvil-təslim mərasimində bildirib. Onun sözlərinə görə, ölkənin donanmasının modernləşdirilməsi davam edir və nüvə silahları ilə təchiz olunma proqramı plan üzrə həyata keçirilir. Kim Çen İn hər il daha yüksəksinifli döyüş gəmilərinin, o cümlədən 10 min tonluq kreyserlərin hazırlanmasının vacibliyini vurğulayıb.
Bildirilib ki, yaxın vaxtlarda daha bir 5 min tonluq "Kanq Kon" esminesi də istismara veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 İyun 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















