Şimali Koreya lideri nüvə texnologiyalarının inkişafını ölkəsi üçün prioritet adlandırıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 27 sentyabr, AZƏRTAC
Şimali Koreya lideri Kim Çen In nüvə texnologiyalarının inkişafını təhlükəsizlik qarantı kimi partiya və dövlət üçün prioritet adlandırıb.
AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, Kim Çen In bu fikri nüvə sənayesi sahəsində çalışan mütəxəssislərlə görüşü zamanı səsləndirib.
“Partiyamız və hökumət prioritet məsələ olaraq nüvə texnologiyaları sənayesini onun davamlı inkişafı üçün bütün imkan və şəraitlə təmin edəcək və onu dəstəkləyəcək”, – deyə Şimali Koreya lideri bildirib.
O, çıxışında həmçinin qeyd edib: “Dövlətimizin təhlükəsizliyini, suverenliyini, maraqlarını və inkişaf hüququnu etibarlı şəkildə təmin edəcək nüvə qalxanımızı və qılıncımızı daim möhkəmləndirməli və yeniləməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 27 Sentyabr 2025 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















