Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketlər buraxıb
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Şimali Koreya bu gün Yapon dənizi istiqamətində ballistik raket buraxılışı həyata keçirib.
APA xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, Şimali Koreya ərazisindən buraxılan raketlər artıq dənizə düşüb.
Yaponiya Sahil Mühafizəsi regionda olan gəmilərə xəbərdarlıq edərək, raket qalıqları aşkar edildiyi halda onlara yaxınlaşmamağı və dərhal Yaponiya hakimiyyət orqanları ilə əlaqə saxlamağı tövsiyə edib.
Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi də Şimali Koreyanın raket buraxılışı barədə məlumatı təsdiqləyib.
“Kyodo” agentliyi isə hökumət mənbələrinə istinadən xəbər verib ki, Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Bildirilib ki, raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda Yapon dənizi sularına düşüb.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına əsasən, bu, Şimali Koreyanın 2026-cı il ərzində ikinci raket buraxılışıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 Yanvar 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















