Şimali Koreyadan gərginliyi artıran addım: Ballistik raketlər atıldı
Icma.az, Sfera.az saytına istinadən bildirir.
Cənubi Koreya ordusu Şimali Koreyanın Sarı dənizə doğru bir neçə ballistik raket atdığını açıqlayıb.
Sfera.az "HaberTürk"ə istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsinin (JCS) verdiyi məlumata görə, raketlər Şimali Koreyanın Hvanxe əyalətindən buraxılıb.
Lakin onların növü və uçuş məsafəsi ilə bağlı əlavə məlumat verilməyib. Raket sınaqları bölgədəki təhlükəsizlik gərginliyini daha da artırıb. Cənubi Koreya və müttəfiqləri vəziyyəti yaxından izlədiklərini və hər hansı təxribatın qarşısını almaq üçün müdafiə hazırlıqlarını gücləndirdiklərini bildiriblər. Şimali Koreya son aylarda müxtəlif növ silah sınaqları keçirərək regionda narahatlıq yaratmağa davam edir. ABŞ və Cənubi Koreya bu cür addımları qınayaraq Pxenyanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.
Bəsti Rəfizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 10 Mart 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















