Şimali Koreya yenidən ballistik raketlər atdı
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şimali Koreya çərşənbə axşamı Sarı dəniz istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
Məlumata görə, raketlər Şimali Pxenyan əyalətinin Çonqju şəhəri ərazisindən atılıb.
Cənubi Koreya ordusunun təsnifatına əsasən, sözügedən raketlərin uçuş məsafəsi 300 kilometri keçmir.
Qeyd edək ki, aprelin 19-da da Şimali Koreyanın Sinpo şəhəri ərazisindən Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raketin buraxıldığı aşkarlanmışdı.
Rəsmi Seul bölgədə vəziyyəti diqqətlə izlədiyini və hərbi hazırlıq səviyyəsinin gücləndirildiyini bildirib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 26 May 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















