Icma.az
close
up
RU
Şimali Makedoniya Azərbaycan iqtisadi əlaqələri üçün geniş imkanlar mövcuddur

Şimali Makedoniya Azərbaycan iqtisadi əlaqələri üçün geniş imkanlar mövcuddur

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

“Qədim tarixi olan Makedoniya və Azərbaycan xalqı oxşar keçmişə, bənzər talelərə malikdirlər. Dünyada mürəkkəb tarixi yol keçmiş, bəşəriyyətə görkəmli sərkərdələr bəxş etmiş bu iki ölkə müəyyən dönəmlərdə müstəmləkə ölkəsi olaraq mücadilə aparıblar. Makedoniyalılar da azərbaycanlılar kimi 1990-ci illərdə müstəqillik qazandılar. Yuqoslaviya və SSRİ-nin dağılması nəticəsində Şimali Makedoniya ilə Azərbaycan müstəqil dövlət oldular. Bu gün Avropada Azərbaycanla ən yaxşı münasibətləri, güclü əlaqələri olan dövlətlər məhz Balkan yarımadasında yerləşir. Ölkələrimiz arasında güclü iqtisadi əməkdaşlıq digər sahələr üzrə də əlaqələrimizin inkişafına geniş imkanlar yaradır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub:

“Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda Şimali Makedoniyaya təyin olunub. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradılıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Şimali Makedoniya Bakıda keçirilən COP29 sammitində ən fəal iştirak edən ölkələrdən biri idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində ötən il noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb. Xanım Davkova sammitin mükəmməl təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirmişdi”.

Millət vəkili qeyd etdi ki, Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensial vardır və Şimali Makedoniya Prezidentinin ikinci səfəri bu imkanları daha da genişləndirir:

“Xüsusilə də enerji sahəsindəki əməkdaşlıq, ötən ildən Şimali Makidoniyaya qaz ixracı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq yeni imkanların açılması deməkdir. Azərbaycan Balkan dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa birjalarında təbii qazın qiymətinin 30 faiz artaraq 700 dollara yüksəlməsi bu bölgənin Azərbaycan qazına olan ehtiyacını daha da artırıb. Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq”.

Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanata toxunan M.Vəliyeva bildirdi ki, imkanların mövcudluğuna baxmayaraq, bu günə qədər ölkələrimiz arasında ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib:

“Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırılması ciddi iqtisadi hadisədir. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onların böyük əksəriyyəti – 10-u Avropa ölkəsidir. Mədəniyyət diplomatiyasının gücünə inanan xanım Davkova humanitar sahədə də əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ölkəmizin mədəni dəyərləri ilə maraqlanır və bu yanaşmanı ölkəmiz yüksək dəyərləndirir. Şimali Makedoniya Prezidentinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq XII Qlobal Bakı Forumunda iştirakı həm ölkəmizə göstərilən diqqətin, həm də Forumun əhəmiyyətinin göstəricisidir. Forum artıq dünya miqyasında layiqli yerini tuta bilib. Uzun müddət peşəkar siyasi fəaliyyətlə məşğul olmuş, beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmış xanım siyasətçinin Bakıya səfəri, Forumda çıxışı və tələbələrlə görüşü yüksək qiymətləndirilməlidir. Qordana Silyanovska-Davkovanın martın 11-də ADA Universitetində tələbələrlə görüşdə həm Şimali Makedoniyanın, həm də Azərbaycanın yeni dünya düzənindəki mövqeyi, qarşılıqlı maraqları haqqında açıq çıxışları, tələbələrin suallarına ətraflı cavabları diqqətəlayiq idi. Azərbaycan gəncləri bu cür təcrübəli siyasətçilərdən bəhrələnməli, faydalanmalıdır. Xanım Qordana Silyanovska-Davkova səfər zamanı onu da qeyd etdi ki, Şimali Makedoniya Azərbaycanla diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqini ləğv edəcək, ölkəmizin mədəniyyətini öyrənməyə, elm və təhsil sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcəkdir. Sonda bir daha qeyd etmək istəyirəm ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycan mədəniyyətinə rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Papa bu gün dəfn olunacaq

26 Aprel 2025 08:51see238

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see191

Tarkan sükutunu pozdu

26 Aprel 2025 05:00see146

Öz oğluna bıçaqla hücum edən qadın uşaq psixoloqu imiş...

26 Aprel 2025 14:30see138

Gədəbəy, Ağstafa və Tovuzda Uşaq İncəsənət Festivalı 2025 üçün seçim turu keçirilib FOTOLAR

26 Aprel 2025 13:00see137

Peruda beş min illik məzar tapılıb

26 Aprel 2025 04:38see137

Bakıda əvvəllər qəza törədən avtobus sürücüsü indi də piyadanı DÖYDÜ

26 Aprel 2025 02:13see136

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see134

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

26 Aprel 2025 21:57see132

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

26 Aprel 2025 19:44see130

Ofis işçilərinin nəzərinə Gün ərzində bu qədər addım atmasanız...

26 Aprel 2025 05:06see127

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see127

Hər gün 1 alma almasız qalma

26 Aprel 2025 11:34see125

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see122

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see119

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək

26 Aprel 2025 23:35see116

“Bavariya” bir addım da çempionluğa yaxınlaşıb

26 Aprel 2025 23:49see111

Mask gələcəklə bağlı proqnoz verdi

27 Aprel 2025 04:03see110

Hələ də güzgüyə baxmıram Fotolar

27 Aprel 2025 00:21see109

Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı, yaralılar var

26 Aprel 2025 06:34see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri