Icma.az
close
up
RU
Şimali Qazaxıstan Universitetinin rektoru BMU da FOTOLAR

Şimali Qazaxıstan Universitetinin rektoru BMU da FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universitetinin rektoru Yerbol Issakayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. 

"Unikal" xəbər verir ki, nümayəndə heyətini BMU-da görməkdən məmnunluğunu dilə gətirən rektor Yaqub Piriyev ölkələrimiz arasında əsrlərə söykənən ənənəvi dostluq və qardaşlıq əlaqələrini, Azərbaycan və Qazaxıstan prezidentlərinin rəhbərliyi ilə siyasi-iqtisadi-mədəni əlaqələrin inkişafını xüsusi vurğulayıb. Rektor, eyni zamanda elm və  təhsil sahəsində mövcud əməkdaşlığın müsbət nəticələrinə toxunub. 

Yaqub Piriyev daha sonra tədrislə tədqiqatı birləşdirən BMU-nun strukturu, həyata keçirdiyi yeniliklər, universitetdə yaradılan müasir laboratoriyalar haqqında geniş məlumat verib. Son illər ali təhsil ocağının beynəlxalq reytinqlərdə irəlilədiyini deyən rektor, habelə xarici universitetlərlə əməkdaşlığın müsbət məqamlarına diqqət çəkib. Qonaqlara BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında uğurla icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramı və digər mühüm layihələr haqda da zəruri informasiyaları təqdim edən Yaqub Piriyev beynəlxalq təcrübənin ali məktəblərin  inkişafında, yüksəkixtisaslı kadr hazırlığında önəmli olduğunu söyləyib. 

Şimali Qazaxıstan Universitetinin rektoru Yerbol Issakayev də öz növbəsində Qazaxıstan və Azərbaycan arasında dostluq, qardaşlıq münasibətlərini, bu bağlılığın möhkəmliyini qeyd edib. Həmçinin təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanların mövcudluğunu, bu imkanların genişləndirilməsi və akademik əməkdaşlığın gücləndirilməsini önə çəkib.  Rektor Şimali Qazaxıstan vilayətində yeganə çoxsahəli bu ali təhsil müəssisəsinin əsas ixtisasları, kadr potensialı haqqında da geniş danışıb və BMU ilə əməkdaşlığa maraqlı olduqlarını, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü bildirib. 

Görüş zamanı BMU ilə Şimali Qazaxıstan Universiteti arasında əməkdaşlığın bir sıra istiqamətləri nəzərdən keçirilib, tədris və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması, birgə tədqiqatlar üçün təkliflər hazırlamaq, o cümlədən tələbələr, professor-müəllim heyətinin mübadiləsini həyata keçirməyin əhəmiyyəti ifadə olunub. İnnovativ tədris və idarəetmə üsulları, təhsil proqramları haqqında fikir mübadiləsi ilə davam edən görüşdə iki universitet arasında əməkdaşlığın bəzi detalları dəqiqləşdirilib, həmin istiqamətləri əks etdirən sənədin imzalanmasının mümkünlüyü vurğulanıb. 

Görüşdən sonra qonaqlar BMU-nun yeni auditoriyaları, müasir laboratoriyaları, eləcə də Texnoparkı ilə tanış olublar. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Mart 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri