Icma.az
close
up
RU
Azərbaycan Universitetinin rektoru yüksəkballı tələbələrlə görüşdü Fotolar

Azərbaycan Universitetinin rektoru yüksəkballı tələbələrlə görüşdü Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva 2025/2026-cı tədris ilində universitetə yüksək balla qəbul olan tələbələrlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, 8 Noyabr - Zəfər Günü ərəfəsində təşkil olunan görüşdə universitetin “Ulduz tələbə” layihəsi çərçivəsində payız semestri üzrə bu statusa layiq görülmüş tələbələr də iştirak ediblər. 

Səmimi söhbət şəraitində keçən görüşdə rektor tələbələri yüksək nəticələrinə görə təbrik edib, universitetdə onlar üçün yaradılan akademik və fərdi inkişaf imkanları haqqında məlumat verib. Bu istiqamətlərdə nəzərdə tutulan yenilikləri də diqqətə çatdıran Səadət Əliyeva tələbələri onlar üçün yaradılan imkanlardan səmərəli istifadə etməyə, proqram və layihələrdə fəal iştiraka səsləyib. Rektor qeyd edib ki, Azərbaycan Universiteti tələbələrin peşəkar mütəxəssis kimi formalaşmaları üçün doğru ünvandır. Onlar üçün yaradılan şərait, açıq ünsiyyət mühiti və dəstək mexanizmləri universiteti tələbə dostu ali təhsil müəssisəsi kimi fərqləndirir. 

Rektor söhbət zamanı tələbələrə universitet həyatı və gələcəklə bağlı tövsiyələrini də verib. Qeyd edib ki, gənclərin yetişməsində peşəkar bilik və bacarıqlar qədər mənəvi dəyərlərə bağlılıq, əməksevərlik, mütaliə, nizam-intizam və sosial bacarıqlar da böyük rol oynayır. Bu keyfiyyətlərin hər biri gənclərin şəxsiyyət kimi inkişafına, cəmiyyətə faydalı və məsuliyyətli vətəndaş kimi yetişməsinə xidmət edir.

Rektor görüş zamanı tələbələrin gözləntilərini, ideya və təkliflərini də dinləyib. Onlarla  universitet həyatına adaptasiya, tədris prosesi və gələcək planları barədə fikir mübadiləsi aparan Səadət Əliyeva, bu fikirlərin universitet həyatının daha da zənginləşməsinə töhfə verəcəyini qeyd edib. 

Tələbələrə təhsil həyatında uğurlar arzulayan rektor bildirib ki, onlar Azərbaycanın ən uğurlu dövründə ali təhsil alırlar: “Siz xalqımızın Zəfər və qələbə ruhu ilə yaşadığı dövrün tələbələrisiniz. Siz ölkəmizin gələcəyini formalaşdıracaq, sabahını quracaq gənclərsiniz. Ölkəmizin ən gözəl günlərində tələbə olmaq həm məsuliyyət, həm də böyük şərəfdir”. 

Görüşdə iştirak edən tələbələr Könül Məhəmmədova, Hüseyn Həsənoğlu, Səbuhi Həsənov, Lamiyə Məmmədzadə, Aynur Quliyeva və Yunis Bədəlov üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini, bu çağırışa uyğun olaraq əzmlə çalışacaqlarını bildirib, səmimi görüş üçün rektora təşəkkür ediblər. 





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri