Icma.az
close
up
RU
Şimalın kralı ndan radikal islahat: Londonun üstünlüyünə ağır zərbə..

Şimalın kralı ndan radikal islahat: Londonun üstünlüyünə ağır zərbə..

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Böyük Britaniyanın növbəti baş naziri olmağa hazırlaşdığı bildirilən və mançesterli olduğu üçün "Şimalın kralı" ləqəbi ilə tanınan Endi Börnhem ölkədə köklü dəyişiklikləri nəzərdə tutan geniş islahat proqramını açıqlayıb. Proqramın əsas məqsədlərindən biri Londonun siyasi və maliyyə üstünlüyünü azaltmaqdır.

Qaynarinfo-nun məlumatına görə, "Hürriyet" qəzetinin köşə yazarı Gökçə Aytulu yazır ki, Endi Börnhem "qaydaları dəyişdirərək inkişaf etmək" məqsədini qarşıya qoyub və bunun üçün ölkə idarəçiliyində yeni yanaşma təklif edir.

Ölkəni şimaldan idarə etməyi planlaşdırır

Börnhem bildirib ki, əsas hədəflərindən biri ölkə daxilində Londonun dominant mövqeyini zəiflətməkdir. O, Mançesterdə baş nazirlik ofisi açacağını və ölkənin idarəçiliyini əsasən şimaldan həyata keçirməyi planlaşdırdığını açıqlayıb.


Siyasətçi vergi sistemində dəyişiklik etməklə Birləşmiş Krallığın yerli idarəetmə orqanlarının dövlət büdcəsindəki payını artırmağı, bununla da paytaxtın təsirini azaltmağı hədəfləyir. Bu yanaşma mərkəzsizləşdirmə siyasətinin gücləndirilməsi kimi qiymətləndirilir.

Vergi bölgüsündə ciddi fərq

Hazırkı sistemdə Böyük Britaniyada toplanan vergilərin təxminən 90 faizi mərkəzi hökumətin sərəncamına keçir.

Məqalədə qeyd olunur ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına ("OECD") üzv ölkələrdə isə bu göstərici orta hesabla 50 faiz mərkəzi hakimiyyət, 50 faiz isə yerli idarəetmə orqanları arasında bölüşdürülür. Bu baxımdan Böyük Britaniya ilə digər inkişaf etmiş ölkələr arasında əhəmiyyətli fərq mövcuddur.


Londonun üstünlüyünü zəiflətmək istəyir

Müəllifin fikrincə, Endi Börnhem bölgələrin səlahiyyətlərini artırmaqla Londonun ölkə üzərindəki dominant mövqeyini zəiflətməyə çalışır.

Yazıda bildirilir ki, bu strategiya son illərdə London xaricində güclənərək ölkədə aparıcı siyasi qüvvələrdən birinə çevrilən ifrat sağçı "Reform UK" partiyasının yüksəlişini dayandırmaq baxımından məntiqli seçim hesab oluna bilər.

Bununla yanaşı, Böyük Britaniyada son 10 ildə yeddi baş nazirin dəyişdiyi xatırladılaraq, Börnhemin siyasi fəaliyyət müddətinin bu genişmiqyaslı islahatları həyata keçirmək üçün kifayət edib-etməyəcəyinin əsas sual olaraq qaldığı vurğulanır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 İyul 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri