Simeone karyerasına İngiltərədə davam edəcək?
Icma.az bildirir, Milli.az portalına istinadən.
Madridin "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone Londonun "Çelsi" komandasına baş məşqçi təyin oluna bilər.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə Britaniya KİV məlumat yayıb.
London klubu Premyer Liqada çətin dövr keçirir: komanda son dörd oyunda qələbə qazana bilmir. Rəhbərlik hazırkı baş məşqçi Liam Rosenior-a açıq şəkildə dəstək versə də, vəziyyət yaxşılaşmasa və o, komandaya nəzarəti tam itirərsə, istefası istisna edilmir.
Hazırda "Çelsi"nin baş məşqçi postu üçün əsas favorit kimi məhz Simeoneni görürlər. Bildirilir ki, argentinalı mütəxəssis 15 illik fəaliyyətindən sonra mövsümün sonunda "Atletiko"dan ayrıla bilər.
Hazırda Madrid təmsilçisinin mövsümü böyük ölçüdə Çempionlar Liqasından asılıdır. Simeonenin yetirmələri yarımfinalda "Arsenal"la qarşılaşacaq.
Milli.Az
Baxış sayı:109
Bu xəbər 21 Aprel 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















