Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Şimon Peres Putinə nə demişdi və Tramp onun dediklərini necə alt üst edir TƏHLİL

Şimon Peres Putinə nə demişdi və Tramp onun dediklərini necə alt üst edir TƏHLİL

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın seçkidən əvvəl Ukrayna ilə bağlı söyədiklərini bu gün populist çıxış kimi dəyərləndirmək olar. Hələ səlahiyyətlərinə başlamazdan əvvəl də qeyd etmişdik ki, Tramp sehirli çubuğa malik deyil ki, bir işarəsi ilə müharibəni bitirsin. Yanvarın 20-dən keçən müddətdə isə müharibəyə təsir edə bilməyən, konkretlikdən uzaq bəyanatlarla nəinki ukraynalılarda, bütün dünyada təəssüf hissi yaradıb. Trampın bəyanatlarından sonra Putinin bir-birinin ardınca Ukrayna ərazisinə daha ağır raket zərbələr vurması Trampın bəyanatlarının onun üçün əhəmiyyət daşımadığının nümayişi idi. Dünən isə Odessa və Poltavanın vurulması Putinin mövqeyində dəyişiklik olmadığını göstərdi. Əgər dəyişiklik varsa, o da Putinin əvvəlki mövqeyindən fərqli olaraq daha sərt addımlar atmasıdır. Dövlət departamentinin yeni rəhbəri Marko Rubio isə mətbuata açıqlamasında Putin qarşısında tam bir təslimçilik bəyanatları verməklə yalnız özünün deyil, bütövlükdə ABŞ-nin qətiyyətsizliyini ortaya qoydu.

Jurnalist Meqan Kelli ilə müsahibədə Putinin “dəhşətli işlər gördüyünü” vurğulayan dövlət katibi, Ukraynanın Rusiyanı 1991-ci il sərhədlərinə geri itələməklə onu məğlub edə bilməyəcəyini etiraf etmək lazım olduğunu söylədi. Dövlət katibi bu açıqlaması ilə Ukraynanın Rusiyanı məğlub edə bilməyəcəyini deyil, ABŞ-nin Kremlə təsir etmək imkanında olmadığını təsdiqləmiş oldu. Keçmiş administrasiyanı dolayısı ilə tənqid edən Rubio Rusiyanı məğlub etməyin mümkünsüzlüyünü birbaşa etiraf etdi. Diqqət edin: “Nədənsə biz insanları inanmağa məcbur etdik ki, Ukrayna nəinki Rusiyanı məğlub edə bilər, həm də onu 2012-ci ildə, 2014-cü ildə, ruslar Krımı  və digər əraziləri ələ keçirməzdən əvvəl dünyanın tutduğu mövqeyə qaytara bilər. Nəticədə, son bir il yarımdır ki, ümidsiz vəziyyətə, insan əzabını uzadan uzunmüddətli çıxılmaz vəziyyətə görə maliyyə istəyirlər"- Rubio deyib. Biznesmen təfəkkürlü ABŞ prezidentinin dövlət katibinin maliyyəni ön plana çəkməsi təbiidir. Rubionun bu çıxışından sonra ürəklənən Putin gecikmədən Odessanın tarixi yerlərini, Poltavanın yaşayış evlərini bu gecə ilə raket atəşinə tutdu.

O qeyd edib ki, Ukrayna “yüz il geriyə atılıb, enerji sistemi dağıdılıb və bir çox ukraynalının ölkəni tərk etdiyini nəzərə alsaq, bütün bu bərpa işlərini kimsə ödəməli olacaq... Onlar heç vaxt geri qayıtmayacaqlar. “Bu, onların gələcəyidir və bu baxımdan o, təhlükə altındadır”, - deyə ABŞ dövlət katibi öz fərziyyəsini bölüşüb. Bu fərziyədə qeyd olunan “bərpa işlərini kimsə ödəməli olacaq” daha çox diqqət çəkdi və açığı Şimon Peresin Putinlə söhbətdən sonra verdiyi məşhur müsahibəsini xatırladım. ( O vaxt həmin müsahibəni tərcümə edib Moderator.az-da paylaşmışdım). 

Peres müsahibədə xüsusi olaraq bunları vurğulamışdı: ” Amerika niyə gözəldir? – deyə Putindən soruşdum. Çünki onlar bəxşiş verəndirlər. Avropa niyə problemdədir? Çünki onlar alıcıdırlar. Amerika verir. Əgər verirsənsə, dostlar yaradırsan. Ən faydalı investisiya dostluq yaratmaqdır. Amerika Marşal Planını qəbul etməyə cəsarət etdi, onlar ÜDM-nin böyük bir hissəsini ölməkdə olan Avropaya verdilər. Beləliklə, onlar göstərdilər ki, dünyanın ən yaxşı sərmayəsi budur. Avropada elə bir ölkə yoxdur ki, imperiya olmasın. Fransızlar və ingilislər, portuqallar - hamı. Bəs nə oldu? Onlarda heç nə qalmamışdı. İngiltərə, günəşin doğuşundan gün batanına qədər ən böyük imperiya qurdular, amma nə edəcəklərini bilmədikləri üçün üç kiçik adadan başqa heç nə ilə qalmadılar." “İnanın mənə”- dedim Putinə, “düşmənlər və düşmənçilik ən faydasız səy itkisidir. Siz axmaq şeylərə sərmayə qoyursunuz”.

ABŞ-dən də varlı və rahat yaşayan Lixtenşteyn, Lüksemburq, Malta, İsveçrə kimi ölkələr var, amma onlar özləri üçün yaşayırlar. ABŞ-nin gücü isə indiyədək başqalarına iqtisadi yardımlar etmək, yeri gələndə hərbi, siyasi dəstək vermək olub. İndi isə Panama kanalını, Qrenlandiyanı, lazım gəlsə Kanadanı tutmaqla hədələyir, ən əsası isə Ukraynanı əsas rəqibinə-Rusiyaya təhvil vermək üçün dişsiz siyasi bəyanatlar verir. Tramp bu siyasətlə ABŞ iqtisadiyatını gücləndirə bilər, amma dünyadakı, xüsusilə Avropadakı nüfuzunu da itirə bilər. Amerikanın boş qoyduğu yerləri isə Çin və Rusiya tutmağa hazır olacaq.  Avropa liderlərinin Trampın gəlişindən məmnun olmadıqlarının səbəbləri bir-bir üzə çıxır və bu yalnız Ukrayna ilə bağlı deyil, Avropanın da özünəməxsus hərbi, siyasi, təhlükəsizlik problemlərinin yaranması qaçılmaz həddə çata bilər. 

  Görünür, Zelenskinin dünənki müraciəti də yaranmış situasiya ilə birbaşa əlaqəlidir. “Biz avropalılarla və təbii ki, Amerika Birləşmiş Ştatlarının komandası ilə mühüm danışıqlara hazırlaşırıq. Hamımızın görüşlərə ehtiyacı var, hamımızın ümumi baxışa ehtiyacı var, etibarlı dünya üçün hamımıza güclü qərarlar lazımdır. Buna həqiqətən ehtiyacımız var!" – Zelenski qeyd edib. Zelenskinin müraciətində Avropanı önə çəkməsi, ABŞ komandasını isə ikinci planda və bir qədər də inamsız səsləndirməsi yaranmış vəziyyətin kifayət dərəcədə təhlükəli fazaya daxil olmasından xəbər verir. 

Qərbi Avropa Tramp siyasətinə təsir edə biləcəkmi?

İlham İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri