Icma.az
close
up
RU
Putinə verilən möhlət bitir TƏHLİL

Putinə verilən möhlət bitir TƏHLİL

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Rusiyaya 500 faiz idxal tarifi ilə ağır sanksiya tətbiq edə bilər

İlqar Altay: “Putin Ukrayna müharibəsini dayandırmasa, Rusiyanı sərt iqtisadi çöküş gözləyir”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Respublikaçı Partiya Rusiya ilə ticarət əlaqələrini davam etdirən ölkələrə genişmiqyaslı sanksiyalar nəzərdə tutan qanun layihəsi üzərində işləyir. Tramp bu təşəbbüsü dəstəklədiyini vurğulayaraq deyib:

"Bu mənim üçün tam uyğundur. Hətta bu fikri mən təklif etmişdim". Tramp qeyd edib ki, respublikaçıların hazırladığı təklif Rusiyayla iqtisadi əlaqələrini kəsməyən ölkələri hədəf alacaq: "Rusiya ilə iş görən hər hansı bir ölkə çox ağır sanksiyalarla üzləşəcək". Mütəxəssislərə görə, layihə xüsusilə enerji, müdafiə və maliyyə sahələrində Rusiya ilə əməkdaşlığı davam etdirən ölkələri birbaşa təsirləndirə bilər. Respublikaçılar Rusiyaya qarşı təzyiqi artırmağı hədəfləyən bu qanun layihəsi ilə qlobal aktorları Moskva ilə münasibətlərinə yenidən baxmağa məcbur etməyi planlaşdırırlar. Qanun layihəsinin detalları qarşıdakı günlərdə Konqresin müzakirəsinə çıxarılacaq. Konqresdə Rusiyaya sanksiya tələb edənlərin sayı çoxdur. 

Siyasi şərhçi İlqar Altay Sherg.az-a deyib ki, senatorlar Lindsi Qrem, Riçard Blumental tərəfindən aprel ayında təklif edilən qanun layihəsi Rusiya ilə əməkdaşlıq edən ölkələrdən idxala 500 faiz tarif tətbiq etməyi nəzərdə tutur. Ekspertə görə, bu, həmin 500 faizlik ağır sanksiyalardır ki, Tramp Rusiyaya Ukrayna savaşının bitirmək üçün 50 gün möhlət vermişdi və möhlət vaxtı bitməyə az qalmış Kreml rəhbəri V.Putin nəticəsiz Alyaska söhbətini ortaya ataraq hiyləgərliklə məsələni ləngitmişdi: "Putin Ukrayna ilə müharibəyə son qoymağa razı olmazsa, Rusiya özünü tam iqtisadi blokadada tapacaq. Trampın Putinin kobud və yalançı davranışından tamamilə təngə gəldiyini təxmin etmək çətin deyil. İndi isə sərt qərarların vaxtı gəlib çatıb. Üstəlik, Türkiyə Prezidenti R.T.Ərdoğan da daxil olmaqla bir çox ölkə liderləri Rusiyaya Ukraynadakı müharibəni mütləq dayandırmalı olduğunu deyib. Bu sanksiya Rusiya üçün ciddi və ağır iqtisadi təzyiqdir. Putin yaxınlarda ABŞ və Avropa ölkələrinə mövcud sanksiyaları götürmək barədə müraciət etmişdi. Ancaq müharibəni davam etdirməklə daha ağır sanksiyalara məruz qalmaq ərəfəsindədir. Görək, cənab Putin indi hansı seçimi edəcək: müharibəni, yoxsa iqtisadi çöküşlü Rusiya blokadasını? Ağır sanksiyalarla iş bitmir. Bunun ardınca ABŞ-nin Ukraynanı ən ağır və sarsıdıcı silahlarla təminatına mane qalmayacaq". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2025 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri