Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
Icma.az, Sherg.az saytına istinadən bildirir.
“Rusiya qazından imtina etmək Ermənistan üçün Almaniya və ya digər Avropa ölkələri ilə müqayisədə daha ağrılı olardı”.
Teleqraf xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın İrəvanın mümkün olan yerlərdən qaz alacağı barədə açıqlamasına belə cavab verib.
Şevstsov həmçinin iddia edib ki, Rusiya qazı Ermənistan üçün digər ölkələrdən idxal edilən qazdan xeyli ucuzdur.
Alen Simonyan dünən bəyan etmişdi ki, Ermənistan Azərbaycandan qaz ala bilər: “Mümkün olsa, həm Azərbaycandan, həm də İrandan qaz alacağıq”.
Təhlükəsizlik Şurası rəhbərinin sözlərinə görə, Ermənistan qaz idxalını şaxələndirəcək və artıq bir mərkəzdən - Rusiyadan asılı olmayacaq.
“Biz artıq demişik və mövqeyimizdə qalırıq: 4 qonşu ölkəmiz var və əgər 5-ci ölkə bizə qaz tranziti təklifi verərsə, biz bu təklifi müzakirə edəcəyik. Qazın qiymətinə siyasi bədəl də daxildir, biz bir borudan, bir təzyiq düyməsindən asılı olmağa hazır deyilik və artıq hazır olmayacağıq və Ermənistan iqtisadiyyatının bütün sahələrinin şaxələndirilməsi prosesini həyata keçirəcəyik.
Ermənistan öz suverenliyini qoruyub saxlayacaq. Rusiyadakı tərəfdaşlarımız həmişə deyirlər ki, qərar vermək sizin suveren hüququnuzdur. Ermənistan öz maraqlarından güzəştə getməyib və güzəştə getməyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Sentyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















