Simonyan: “Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb”
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan Türkiyə ilə münaqişə üçün prinsipcə heç bir əsasın yaranmamasına çalışmalıdır.
Bizim.Media Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Ankara ilə münasibətlərin normallaşdırılması məsələsini şərh edərkən bildirib.
"Biz niyə türklərlə savaşmalıyıq? Əgər onlar bizə hücum etmək istəsələr, bizim möhkəmlənməyə vaxtımız olmayacaq. 70 il ərzində bizə aşılanan, guya Rusiyadan yapışmaq lazımdır, əks halda türklərin bizi məhv edəcəyi kimi yanlış təsəvvürün reallıqla heç bir əlaqəsi yoxdur. Uşaqlarımıza qisas yox, sülhü miras qoymağın və müharibənin qarşısını almağın zəruriliyi ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir", - o əlavə edib.
Bununla yanaşı, A.Simonyan vurğulayıb ki, ölkənin müdafiəsini təmin etmək üçün Ermənistana güclü ordu lazımdır.
"Tramp marşrutu" (TRIPP) layihəsindən bəhs edərkən, o, ticarəti və ortaq maraqların formalaşmasını sülhün vacib tərkib hissələri adlandırıb. Onun qiymətləndirməsinə görə, bu layihə iqtisadi, diplomatik və təhlükəsizlik baxımından əhəmiyyətə malikdir.
A.Simonyan, həmçinin qeyd edib ki, marşrut İran sərhədindən təxminən 15 metr aralıdan keçəcək, buna görə də onun rolu ABŞ, İran və bütün regionun maraqları kontekstində nəzərdən keçirilməlidir: "Bu, iqtisadi, diplomatik layihədir, sülh alətidir".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 07 Noyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















