Icma.az
close
up
RU
Simonyan: Ermənistanda Rusiya televiziyalarının yayımı məsələsi gündəmə gətirilməlidir

Simonyan: Ermənistanda Rusiya televiziyalarının yayımı məsələsi gündəmə gətirilməlidir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya televiziya kanallarının ölkə daxilində yayımı ilə bağlı kəskin bəyanatla çıxış edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Jurnalistlərlə söhbətində Simonyan "Tashir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan ətrafında yaranmış vəziyyəti və bunun Ermənistan-Rusiya münasibətlərinə mümkün təsirini şərh edərkən emosiyalarını gizlətməyib.

"Bu manqurtların proqramları ölkəmizdə çoxdan bağlanıb, onların ölkəyə girişlərinə də qadağa qoyulub. Lakin əgər onların dövlət televiziyaları Ermənistanın daxili işlərinə qarışmağa davam edəcəksə, bəlkə biz də onların vətəndaşlarımızın evlərinə girməsinə (TV yayımına - red.) qadağa qoymalıyıq", - deyə Simonyan bildirib.

O, Rusiya televiziyalarının aparıcılarına qarşı son dərəcə təhqiramiz ifadələr işlədərək, onları "dəyişilmiş şüura malik deqradasiya olunmuş şəxslər" adlandırıb. Simonyanın sözlərinə görə, bu aparıcılar ikitərəfli münasibətlərdə gərginliyin artmasına səbəb olur.

Parlament sədri həmçinin vurğulayıb ki, Ermənistandakı vəziyyətin guya Moskva ilə münasibətlərə mənfi təsir göstərdiyini iddia edənlər, çox güman ki, Rusiya mediasının təsiri altındadır. O, Samvel Karapetyanı müdafiə edənlərin və özlərini onun dostları kimi təqdim edənlərin "ehtimal ki, qeyri-rəsmi yollarla ondan maddi təşviq aldıqlarını" da bildirib.

Eyni zamanda, Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana son səfərini "çox yaxşı" adlandırıb və bu amilin iki ölkə arasındakı təmaslara selektiv yanaşmanı nümayiş etdirdiyini vurğulayıb.

Qeyd edək ki, bu, Ermənistanda Rusiya mediasının fəaliyyətinə qarşı atılan ilk addım deyil. 2024-cü ilin martında Ermənistanın Televiziya və Radio Yayımı Komissiyası jurnalist Vladimir Solovyovun verilişlərini "sistematik pozuntulara" görə rəsmi olaraq yayım şəbəkəsindən çıxarmışdı.

Diplomatik müstəvidə də gərginliyin artdığı bildirilir: 2023-cü ilin dekabrında Ermənistan tərəfi Rusiya ilə media sahəsində əməkdaşlığa dair razılaşmanın pozulması ilə bağlı iddialar irəli sürmüşdü, lakin bu barədə konkret sübutlar təqdim olunmamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri