Simonyan Nəsimi haqda suala təəccübləndi: “Siz nə danışırsınız?!” KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan hərbçisi Nəsimi Musayevdən danışıb.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, jurnalist hadisəni “Ermənistana müdaxilə” kimi qiymətləndirərək Simonyandan buna münasibətini soruşub.
Alen Simonyan isə sualdan təəccüblənərək, “Müdaxilə? Azərbaycanlı Ermənistana daxil olub? “Müdaxilə” sözünü izah edə bilərsiniz? Adam azıb da, başqa nə edib ki? Həmin şəxs azıb”, – deyə cavab verib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin Zəngəzurun Şəki kəndində saxlanıldığı haqda Ermənistan rəsmi qurumları 1 oktyabrda məlumat yayıb. Onun bir erməninin evinə girdiyi, orada dincəldiyi, ev yiyəsi qadının ona hücum etdiyi, nəticədə qadına ayağından atəş açdığı, polisə isə müqavimət göstərmədən təslim olduğu deyilir.
2 oktyabrda N.Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 Oktyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















