Ermənistandan Nəsimi haqda yeni açıqlama KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı insidentə aydınlıq gətirib.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Nazir polis əməkdaşının hadisə yerinə gec çatması ilə bağlı iddiaları təkzib edib:
“Polisə zəng daxil olduqdan cəmi 10 dəqiqə sonra əməkdaş hadisə yerinə çatıb. Bu barədə məlumat verən Ani Avetisyan həmin vaxt polis əməkdaşından xeyli uzaqda olub. Hazırda iş üzrə yeni hallar müəyyən edilməyib. İstintaq tədbirləri başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian icmasına daxil olan Şəki kəndində saxlanılıb. Ermənistan tərəfinin iddiasına görə, o, 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz daxil olub və aşkar edildikdən sonra odlu silahdan atəş açıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















