Sindi Kroufordun 27 yaşlı oğlu vəfat etdi
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyaca məşhur model Sindi Kroufordun yeganə oğlu Presli Gerber vəfat edib.
Axşam.az xəbər verir ki, o 27 yaşında Los-Ancelesdəki reabilitasiya mərkəzində dünyasını dəyişib. Preslinin ölümünün rəsmi səbəbi hələ açıqlanmayıb.
Qeyd edək ki, Presli Gerber 1999-cu ildə supermodel Sindi Krouford və onun həyat yoldaşı Rendi Gerberin ilk övladı olaraq dünyaya gəlib. Cütlük bundan bir il əvvəl evlənib. 2001-ci ildə onların qızı, hazırda məşhur model və aktrisa olan Kaya Gerber dünyaya gəlib.
Presli yeniyetməlik yaşlarından model karyerasına başlayıb, eyni zamanda fotoqrafiya ilə də maraqlanıb. O, IMG Models agentliyi ilə əməkdaşlıq edib, nümayişlərdə iştirak edib, "Calvin Klein", "Dolce & Gabbana", "Tommy Hilfiger" və "Moschino" kimi dünya şöhrətli brendlərin reklam kampaniyalarında yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 21 Sentyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















