Sinoptikdən anomal isti qış xəbərdarlığı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkoveç Rusiyanın böyük bir hissəsi üçün anomal isti qış proqnozlaşdırıb.
KONKRET.az xəbər verir ki, o, “RİA Novosti”yə açıqlamasında qarşıdan gələn qış üçün hava proqnozu barədə danışıb.
“Mənim fikrimcə, bu qış Rusiyada, (Arktika zonası, Şimali Sibir, Çukotka, Berinq dənizi, Çukotka dənizi istisna olmaqla) ölkəmizin əksər hissəsində anomal isti temperatur müşahidə olunacaq”, – deyə sinoptik bildirib. O, qeyd edib ki, temperatur normadan 3-4°C yüksək olacaq.
Rusiyanın mərkəzi və cənub bölgələrində fevral ayında ən isti hava şəraiti müşahidə olunacaq. Bu anomal isti hava şəraiti fonunda yağıntılar da artacaq. Proqnoza görə, yanvar ayında 30-40% daha çox yağıntı olacaq.
Tişkoveç onu da izah edib ki, bu, “El Ninyo” iqlim fenomeni ilə əlaqədardır. Onun təsiri yaz və yay aylarında da hiss olunacaq.
Bununla belə mütəxəssis əlavə edib ki, bütün qış isti olmayacaq. Çoxlu qar yağa bilər./publika
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 12 Sentyabr 2026 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















