Icma.az
close
up
RU
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?

Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sintioqrafiya (digər adı ilə qamma-skanlama) bədənin daxili orqanlarının və toxumalarının təsvirini yaradan diaqnostik nüvə təbabəti üsuludur. Bu metod hədəf orqana çatdırılan və xüsusi kamera tərəfindən qeydə alınan, qamma şüaları yayan az miqdarda radioaktiv maddənin (radiofarmasevtik) istifadəsinə əsaslanır.

Milli.Az xəbər verir ki, sintioqrafiya bir çox xəstəliklərə hələ erkən mərhələdə - anatomik dəyişikliklər baş verməmişdən əvvəl diaqnoz qoymağa imkan verir. Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) və Avropa Nüvə Təbabəti Assosiasiyası (EANM) bu üsulu onkologiya, kardiologiya, nevrologiya və endokrinologiya başda olmaqla bir çox sahədə diaqnostika və müalicənin planlaşdırılması üçün əvəzedilməz alət kimi qəbul edir.

Sintioqrafiya necə işləyır?
Sintioqrafiya zamanı müəyyən bir birləşməyə bağlı az miqdarda radioaktiv maddə (radioizləyici və ya radiofarmasevtik) bədənə yeridilir və bu maddə müayinə olunacaq orqana və ya toxumaya çatır. Maddə parçalanarkən qamma şüaları yayır və bu şüalar qamma-kamera adlı xüsusi cihaz tərəfindən aşkar edilir. Qamma-kamera maddənin bədən daxilindəki paylanma xəritəsini çıxarmaq üçün müayinə edilən nahiyənin üzərinə yerləşdirilir.

Radiofarmasevtiklər bioloji aktiv daşıyıcı molekula bağlanmış radioaktiv izotoplardan ibarətdir. Ən çox istifadə olunan radioaktiv izotop Texnesium-99m (Tc-99m)-dir. Onun yarımparçalanma dövrünün qısa olması (təxminən 6 saat) və uyğun qamma enerjisi həm təhlükəsizliyi təmin edir, həm də yüksək təsvir keyfiyyəti yaradır. Maddə bədəndə paylandıqdan sonra cihaz toxuma və orqanlardan gələn siqnalları qəbul edərək iki və ya üçölçülü funksional təsvirlər formalaşdırır.

Sintioqrafiya növləri və istifadə sahələri
Sintioqrafik görüntüləmə çox geniş çeşiddə xəstəliklərin müayinəsində tətbiq edilir. Ən geniş yayılmış növləri aşağıdakılardır:

Sümük sintioqrafiyası (Sümük skanlaması)
Sümüklərin müəyyən xəstəliklərə verdiyi reaksiyanı əks etdirən həssas bir testdir. Sınıqları, sümük ağrılarını qiymətləndirmək və xərçəngin sümüyə yayılmasını (metastazları) izləmək üçün istifadə olunur.

Ağciyər sintioqrafiyası
Ağciyərlərə gedən qan və hava axınını ölçmək üçün istifadə olunur. Ağciyər emboliyasını (trombunu) aşkar etmək üçün ən yaxşı qeyri-invaziv (cərrahi müdaxiləsiz) üsullardan biridir.

Kardiyak sintioqrafiya (Ürək sintioqrafiyası)
Miyokard sintioqrafiyası fiziki yükləmə (idman) və ya farmakoloji stres testi ilə birlikdə ürək əzələsinə qan axınının azalmasını (işemiyanı) və yerini təyin etmək üçün tətbiq olunur. Həmçinin ürək tutmasından sonra ürək əzələsi toxumasının canlılığını qiymətləndirməkdə mühüm rol oynayır.

Qalxanvari vəzi (Tiroid) sintioqrafiyası
Hipertiroidizm (zəhərli zob) və ya qalxanvari vəzi düyünləri kimi vəziyyətləri diaqnoz etmək üçün vəzinin aktivliyini ölçür.

Böyrək sintioqrafiyası
Hər bir böyrəyin qanla təchizatını, toxuma funksiyasını və ifrazat qabiliyyətini qiymətləndirir. Xüsusilə uşaqlarda böyrək yaralarını (çapıqları) aşkar etmək üçün ən uyğun testdir.

Paratiroid vəzi sintioqrafiyası
Birincili hiperparatiroidizmdə həddindən artıq işləyən paratiroid vəzisinin yerini dəqiq müəyyən etmək məqsədilə icra olunur.

Beyin sintioqrafiyası
Beyin perfuziya sintioqrafiyası (SPECT) beyin qan axınının regional paylanmasını nümayiş etdirir. Demansın diferensial diaqnostikasında (Altsheymer ilə frontotemporal demansın fərqləndirilməsində), epilepsiya ocağının təyinində və insultdan sonrakı qiymətləndirmədə istifadə olunur.

PET/KT (Pozitron Emissiya Tomoqrafiyası)
Metabolik radiofarmasevtiklərlə (məsələn, F-18 FDG) aparılan bu müayinə xərçəng hüceyrələrinin yüksək qlükoza (şəkər) istehlakını görüntüləyir. Onkoloji praktikada şişin mərhələsinin təyini, müalicəyə cavabın qiymətləndirilməsi və residivin (xəstəliyin qayıtması) aşkarlanmasında qızıl standart sayılır.

Sintioqrafiyaya hazırlıq necə olmalıdır?
Qalxanvari vəzi müayinəsi: Yod tərkibli dərmanlar və zob əleyhinə preparatlar həkimin məsləhəti ilə bəlli bir müddət əvvəl dayandırılmalıdır. Yodlu kontrast maddə istifadə edilən KT müayinəsindən sonra bu skanlama üçün bir neçə ay gözləmək lazım gələ bilər.

Sümük müayinəsi: İşləmdən əvvəl və sonra bol su içmək radiasiya dozasını azaldır və təsvirin keyfiyyətini artırır.

Ürək müayinəsi: Prosesdən əvvəl müəyyən edilmiş müddət ərzində kafein tərkibli qida və içkilərdən (qəhvə, çay, şokolad) imtina edilməlidir.

PET/KT müayinəsi: Prosesdən 4-6 saat əvvəl tam ac qalmaq lazımdır, yalnız su içməyə icazə verilir. Qanda şəkərin səviyyəsi yoxlanılır, çünki yüksək şəkər görüntünün keyfiyyətini aşağı salır.

Sintioqrafiya təhlükəsizdirmi?
Sintioqrafiya ümumilikdə təhlükəsiz və ağrısız bir üsuldur. Düşük dozada radiasiya ehtiva etsə də, düzgün diaqnozun təmin etdiyi fayda bu kiçik riskdən qat-qat üstündür.

Geniş yayılmış yanlış təsəvvürlər və gerçəklər
Səhv: "Sintioqrafiya zərərlidir və yüksək dozada radiasiya verir."

Gerçək: Diaqnostika üçün istifadə olunan dozalar adətən çox aşağıdır, bu da uzunmüddətli sağlamlıq risklərini minimuma endirir.

Səhv: "Sintioqrafiyadan sonra bədən radioaktiv olur və ətrafdakılara zərər verir."

Gerçək: İstifadə olunan maddələr qısa müddətdə (əsasən sidiklə) bədəndən xaric olunur. Müayinədən dərhal sonra gündəlik həyata və sosial təmaslara davam etmək olar. Yalnız yüksək dozalı bəzi yod müalicələrində qısamüddətli izolyasiya tələb oluna bilər.

Səhv: "Sintioqrafiya və MRT eyni məlumatı verir."

Gerçək: Eyni deyil. Sintioqrafiya aktiv metabolik və hüceyrəvi dəyişiklikləri (funksiyanı) göstərdiyi halda, MRT orqanların və toxumaların incə anatomik strukturunu (quruluşunu) nümayiş etdirir. Bu iki üsul bir-birini tamamlayır.

Sintioqrafiya nə qədər çəkir?

Müayinə olunacaq orqandan asılı olaraq ümumi müddət 30 dəqiqədən bir neçə saata qədər çəkə bilər. Çəkiliş prosesi özü 15-45 dəqiqə davam edir, qalan vaxt isə maddənin toxumalara paylanmasını gözləməyə sərf olunur.

Müayinə zamanı hərəkət etmək olarmı?

Xeyr, təsvirlərin çəkilişi zamanı tamamilə hərəkətsiz uzanmaq lazımdır. Hərəkət görüntünü bulandırır və səhv diaqnoza yol aça bilər. Hərəkətsiz qala bilməyən uşaqlara və ya klostrofobiyası olan şəxslərə yüngül sedasiya (yuxu dərmanı) verilə bilər.

Böyrək çatışmazlığı olan şəxslərə sintioqrafiya etmək olarmı?

Bəli, olar. Lakin bəzi radioaktiv maddələr böyrəklər vasitəsilə bədəndən atıldığı üçün, böyrək funksiyasının səviyyəsinə görə həkim dozanı və ya müayinə protokolunu xüsusi olaraq tənzimləyə bilər.

Uşaqlarda bu üsul tətbiq olunurmu?

Bəli, sümük, böyrək və qalxanvari vəzi problemlərinin diaqnostikasında uşaqlarda da təhlükəsiz şəkildə istifadə edilir. Radiasiya dozası uşağın çəkisinə və yaşına uyğun olaraq minimum səviyyədə hesablanır.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 İyun 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri